...

Azərbaycanın müxalifət partiyasının sədri vəzifəsindən istefa verib

Siyasət Materials 7 Aprel 2008 11:03 (UTC +04:00)
Azərbaycanın müxalifət partiyasının sədri vəzifəsindən istefa verib

Azərbaycan, Bakı, 07 aprel/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycan müxalifətini təmsil edən Milli Demokrat Partiyasının sədri vəzifəsindən istefa verib. "Milli Demokrat Partiyası Siyasi Şurasının sonuncu iclasında sədr İsgəndər Həmidov vəzifəsindən istefa verdiyini bildirdi. Siyasi Şuranın üzvləri bunun qəti əleyhinə oldular. Lakin İsgəndər Həmidovun mövqeyini dəyişmək mümkün olmadı. O bildirdi ki, bir daha partiyaya sədrlik etməyəcək" - deyə bazar ertəsi Trend a açıqlamasında Azərbaycan

Milli Demokrat Partiyası (AMDP) sədrinin müavini Yavər Hüseyn bildirib.

AMDP 1993-cü ildə yaradılıb və ilk adı "Boz Qurd" Partiyası olub. 1994-cü ildə Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçib. 1995-ci ildə Ali Məhkəmə partiyanın adının müvafiq olmadığını əsas gətirərək "Boz Qurd"un dövlət qeydiyyatını ləğv edib. Partiya qeydiyyat problemini həll etmək üçün 1999-cu ildə keçirdiyi ikinci qurultayında adını dəyişib və Milli Demokrat Partiyası adlandırılıb. Lakin Ədliyyə Nazirliyi partiyanı qeydiyyata almaqdan imtina edir. Partiya sədri, sabiq daxili işlər naziri İsgəndər Həmidov 1995-2004-cü illərdə həbsdə olub. 15 il azadlıqdan məhrum edilən Həmidov 2004-cü ildə prezidentin əfv fərmanı ilə azadlığa çıxıb.

AMDP Siyasi Şurasının iclası şənbə günü keçirilib. İclasda partiyanın qurultayına hazırlıq məsələləri müzakirə olunub.

Onun sözlərinə görə, Həmidov istefasını partiyada sədrliyə layiq şəxslərin olması və onlara yol açmaq istəməsi ilə izah edib: "Lakin bu o demək deyil ki, İsgəndər Həmidov bir daha partiya sədri olmayacaq. Partiya sədri qurultayda seçiləcək".

Hüseyn bildirib k, Həmidov sədr vəzifəsindən istefa versə də, partiyanın sıravi üzv olacaq və siyasətdən getməyəcək.

Hüseyn qeyd edib ki, partiya qurultaya hazırlaşır və bunun üçün Təşkilat Komitəsi yaradılıb. Hazırda AMDP-yə rəhbərliyi sədrin müavini Oqtay Xəlilin başçılıq etdiyi qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi həyata keçirir. Onun sözlərinə görə, hazırda partiyada sədr olmaq istədiyini açıqlayan yoxdur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti