...

Venesiya Komissiyası Azərbaycana seçki komissiyalarının sədrlərini dəyişməyi təklif edir

Siyasət Materials 9 Aprel 2008 19:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 aprel/ Trend , müxbir K.Ramazanova, S.İlhamqızı/ Avropa Şurası Venesiya Komissiyasının ekspertləri hesab edirlər ki, Azərbaycanda seçki komissiyalarının sədləri vəzifəsinə müxtəlif partiyaların nümayəndələrini təyin etmək daha yaxşı olar.

"Komissiyalar hökumətmeylli qüvvələr tərəfindən idarə edilməməlidir", - Venesiya Komissiyasının təkliflərində deyilir. Bu barədə Venesiya Komissiyasının nümayəndəsi Sergey Kuznetsov çərşənbə günü telefonla Strasburqdan məlumat verib.

Avropa Şurasının Venesiya Komissiyası, ATƏT və Azərbaycan hakimiyyəti 2008-ci il prezident seçkiləri ərəfəsində Azərbaycanın Seçki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi üzrə müzakirələr aparıblar.

Venesiya Komissiyasının təkliflərinə əsasən, Azərbaycanda seçkilərin bütün əsas iştirakçılarının seçki komissiyalarına etibarının möhkəmlənməsi üçün komissiyalar daha müstəqil olmalıdırlar.

Dairə və məntəqə seçki komissiyalarının sədrlərini Mərkəzi Seçki Komissiyası təyin edir. Venesiya Komissiyasının rəyinə görə, müxtəlif siyasi partiyaların nümayəndələrinin seçki komissiyalarının sədrlərin təyin edilməsi etibarın yüksəlməsinə yardım edəcək.

"Son prezident seçkiləri göstərib ki, Mülki Məcəllə seçki komissiyalarının sədrlərinə böyük səlahiyyətlər verir", - sənəddə qeyd olunur.

Venesiya Komissiyası Mərkəzi Seçki Komissiyasının (MSK), dairə və məntəqə seçki komissiyalarının tərkibində dəyişkliklər etməyi tövsiyə edir ki, bu da Azərbaycan müxalifətinin narazılığının əsas səbəbidir. Müxalifət hesab edir ki, seçki komissiyalarının təkibi müxalifət və hakimiyyət arasında bərabər əsaslarla formalaşdırılmalıdır. Müxalifət liderlərinin fikrincə, komissiyanın indiki tərkibi (parlamentdə çoxluqla, azlıqla və müstəqil deputatlar kimi təmsil olunan partiya üzvləri) hakimiyyətin təsiri altındadır.

Azərbaycana "namizədlərin irəli sürülməsi və komissiya üzvlərinin təyin olunması prosedurlarını təkmilləşdirmək təklif olunur" Komissiya üzvləri beş il müddətinə seçilməməlidir, onlar ancaq seçki və hər il seçici siyahısını hazırlanması dövründə işləməlidir. "Bu, seçkilərdə sərf olunan məsrəfləri azaltmağa imkan verəcək",- Venesiya Komissiyasında hesab edirlər.

Komissiyanın ekspertlərinin fikrincə, Azərbaycanın işğal olunmuş ərazilərindən qaçqın və məcburi köskünlərin səsverməsi məsələləri də həll olunmalıdır.

Bundan əlavə, komissiyanın qərarı ikidə bir kvorumun mövcudluğu ilə qəbul olunmalıdır.

Seçki Məcəlləsi, Milli Məclisin seçkilərində olduğu kimi, prezident seçkilərində seçicilərə yalnız bir namizədə səs verməyə icazə verilməlidir.

Namizədlərin qeydiyyat prosesi əhəmiyyətli şəkildə yaxşılaşdırılmalıdır. "Seçki Məcəlləsi prezident seçkilərində namizədlərin qeydiyyatına etiraz səbəblərini açıq müəyyən etməlidir", sənəddə deyilir. İmtina olunmuş şəxslər etirazın səbəbləri barədə əsəslandırılmış sənəd əldə etməlidir ki, məhkəməyə müraciət edə bilsinlər.

Azərbaycanın Seçki Məcəlləsindəki bu dəyişikliklər haqqında təkliflər 2003-cü ilin prezident seçkilərindən sonra ATƏT/DİİHB yekun hesabatına daxil edilib

Venesiya Komissiyası hesab edir ki, prezidentliyə namizədlərin qeydiyyatı üçün tərəfdarların sayını (45min) azaltmaq lazımdır, eləcə də, qeyd edilir ki, imzaların həqiqiliyini yoxlamaq çox vaxt aparır və sui-istifadəyə zəmin yaradır.

Ekspertlər inanırlar ki, seçkilərin maliyyə təminatı çox mürəkkəb olub, namizədləri və partiyaları çox yükləyir.

Komissiya Azərbaycanı Seçki Məcəlləsində nəzərdə tutulmuş sanksiyaları yenidən nəzərdən keçirməyi tövsiyə edir.

Venesiya Kosmissiyası hesab edir ki, Azərbaycanın Seçki Məcəlləsi, əsasən, namizədlərin qeydiyyatı, seçici kampaniyasının maliyyələşdirilməsi, seçkiqabağı kampaniyanın keçirilməsi hüququ olan şəxslərin siyahısının hazırlanması və seçici kampaniyasındakı materialların tərkibinin məhdudlaşdırılmasına aid məsələlər də, lazımsız təkrarlarla həddindən artıq mürəkkəbdir.

Azərbaycanın Venesiya Komissiyasındakı nümayəndəsi Lətif Hüseynov çərşənbə günü Trend a məlumat verib ki, Komissiya tövsiyələrin yenidən işlənməsində müxalifətin təkliflərini nəzərə ala bilməz. "Venesiya Komissiyası yalnız rəsmi strukturların təkliflərini nəzərdən keçirə bilər" - deyə Hüseynov bildirib.

O qeyd edib ki, hazırda Venesiya Komissiyasının bu təklifləri Azərbaycanın İcra Aparatında nəzərdən keçirilir.

" Venesiya Komissiyasının tövsiyələri məcburi ola bilməz, onlar hökumətə kömək etməyə istiqamətlənib. Hökumət Venesiya Komissiyasının təkliflərini dövlətçilik üçün müsbət hesab etməsə , onu qəbul etməyə də bilər" - deyə Hüseynov bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: trend

Xəbər lenti

Xəbər lenti