...

Azərbaycan paytaxtında 82 hündürmərtəbəli binanın tikintisi dayandırılıb-nazir

Siyasət Materials 15 Aprel 2008 10:33 (UTC +04:00)
Azərbaycan paytaxtında 82 hündürmərtəbəli binanın tikintisi dayandırılıb-nazir

Azərbaycan, Bakı, 15 aprel / Trend müxbir E.Hüseynli/ Bakı şəhərində layihə sənədlərinə ekspertiza rəyi olmadan inşa olunan 82 hündürmərtəbəli binanın tikinti işləri nöqsanlar aradan qaldırılana kimi dayandırılıb. Bu barədə aprelin 14-də Azərbaycan prezidentinin birinci rübün yekunlarına dair Nazirlər Kabinetində keçirdiyi iclasda fövqəladə hallar naziri Kəmaləddin Heydərov bildirib.

2006-cı ilin fevralında Azərbaycanın Fövqəladə Hallar nazirliyi yaradılıb. Tikintidə təhlükəsizliyə nəzarəti həyata keçirmək məqsədi ilə nazirliyin nəzdində Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi yaradılıb.

Ötən ilin avqustun sonlarında Bakıda tikilməkdə olan hündürmərtəbəli binanın uçması nəticəsində 25 nəfər ölüb.

Heydərov bildirib ki, 200-ə yaxın çoxmərtəbəli binada Dövlət Agentliyi tərəfindən texniki müayinə tədbirləri həyata keçirilib, 14 binada ciddi pozuntular aşkar olunub.

Onun sözlərinə görə, yüksəkmərtəbəli binalar üzrə aparılan müayinələr nəticəsində tikilməkdə olan 239 binanın layihəsinə ekspert rəyinin olmadığı, 23 binanın layihəsinə mənfi ekspert rəyi verildiyi, Dövlət Qəbul Komissiyası tərəfindən istismara qəbul edilməyib, 108 binanın faktik olaraq istifadəyə verildiyi aşkar edilib.

Nazir qeyd edib ki, tikilməkdə və istismarda olan bütün çoxmərtəbəli binaların tikinti normaları və qaydalarına uyğunluğu, habelə istifadə edilən tikinti materialları və konstruksiyaların keyfiyyəti yoxlanılmaqla 400-ə yaxın bina üzrə müayinə işləri artıq başa çatıb, 31 binada ciddi pozuntular aşkar olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti