...

Bakıda Azərbaycan və Niderland arasında XİN-lərarası məsləhətləşmələr keçirilib

Siyasət Materials 18 Aprel 2008 16:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 aprel / Trend , müxbir K.Ramazanova/ Aprelin 14-17-də Bakıda Azərbaycan və Niderland Xarici İşlər Nazirlikləri arasında məsləhətləşmələr keçirilib. Bu barədə Azərbaycan XİN-in məlumatında bildirilir.

Məsləhətləşmələrdə Azərbaycan tərəfindən Azərbaycan XİN başçısının müavinləri Mahmud Məmmədquliyev və Araz Əzimov iştirak ediblər. Niderland nümayəndə heyətinə Niderland Krallığı XİN-in Avropa əməkdaşlıq məsələləri üzrə şöbəsinin baş direktoru Marianne de Kvaasteniet rəhbərlik edib.

Görüş zamanı qonaqlar regiondakı siyasi-iqtisadi vəziyyətlə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesi ilə tanış olublar.

Görüşdə tərəflər həmçinin ölkələrarası münasibətlərin möhkəmlənməsi üçün birgə səfərlərin təşkil edilməsinin vacibliyini qeyd ediblər.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : trend

Xəbər lenti

Xəbər lenti