...

İraq xarici borclarını ödəmək iqtidarında deyil - ekspertlər

Siyasət Materials 24 Aprel 2008 13:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 aprel / Trend , müxbir R.Hafizoğlu/ İraqın dünyanın ən zəngin neft yataqlarına malik olmasına baxmayaraq, indiki iqtisadi böhran şəraitində xarici dövlətlərə olan küllü miqdarda borcunu qaytaracağı az ehtimal olunur. "Əslində, İraq hökuməti qonşu dövlətlərə olan borcunu tam olaraq ödəyə bilər. Lakin Maliki hökuməti çox gözəl başa düşür ki, İraqda hasil olunan neftdən gələn gəlirlər bu ölkəyə yox, ABŞ-a məxsusdur"-deyə İraqın Kərkük Strateji Araşdırmalar Mərkəzinin direktoru Əhməd Təqiy Trend -a bildirib.

İraqın 140 millyard dollar həcmində xarici borcu Küveytdə aprelin 22-də keçirilən beynəlxalq konfransın əsas mövzularından biri olub. Toplantıda iştirak edən İraqın Baş naziri Nuri əl-Maliki iştirakçı ölkələri İraqın xarici borclarını silməyə cağırıb.

Təqiyin fikrincə, İraqın borclu olduğu ölkələrə borclarını tam olaraq qaytarması o qədər də inandırıcı deyil. "Qonşu dövlətlər də İraqın borclarını tam olaraq bağışlamayacaqlar" -deyə Təqiy cümə axşamı Bağdaddan elektron poçtla bildirib. Onun fikrincə, Küveytdə baş tutan İraqa dair konfrans yerli hökumətin təşəbbüsü ilə deyil, Vaşinqtonun göstərişi ilə keçirilir.

İraqlı müstəqil araşdırmaçı-politoloq Riyad əl-Qəyyim də hesab edir ki, Küveyt toplantısı İraqın borclarını qaytarması ilə nəticələnməyəcək. "Əslində, Bağdadın borcları indiki hökumətə aid deyil, Səddam Hüseynin hakimiyyəti illərindən yığılıb qalmış borclardır. Yeni hökumət Səddam cinayətlərinin varisi olmadığı kimi, bu borcların da varisi deyil" - deyə əl-Qəyyim cümə axşamı Bağdaddan elektron poçtla bildirib.

Politoloq hesab edir ki, ABŞ İraqı bir dövlət kimi artıq nüfuzdan salıb və bu səbəbdən də borcların qaytarılmaması ölkənin imicinə heç bir təsir göstərməyəcək.

"Xarici dövlətlər də zəngin neft yataqlarına malik İraqın borclarının tam olaraq bağışlanmasını qəbul etməzlər"- deyə əl-Qəyyim əlavə edib.

Dünya Bankının (World Bank) 2003-ci ildə verdiyi məlumata əsasən, İraq iqtisadiyyatının bərpasına ən azı 56 milyard ABŞ dolları lazımdır. İraq Səudiyyə Ərəbistanından sonra, dünyada ən zəngin neft yataqlarına malikdir. İraq hökumətinin xarici ölkələrə olan borcunun ümumi məbləği 140 milyard dollardır. Bu məbləğ keçmiş prezident Səddam Hüseynin zamanından qalan borclardır.

Artıq 50-dən çox ölkə qismən ya tam olaraq İraqın dövlət borclarını silib, aprelin 23-də Əl-Cəzirə telekanalı ilə yayımlanan məlumatda bildirilir.

Məqalənin müəllifi ilə [email protected] ünvanı ilə əlaqə saxlaya bilərsiniz.

Xəbər lenti

Xəbər lenti