...

Azərbaycan Estoniyada səfirlik açacaq və viza rejimini ləğv edəcək

Siyasət Materials 25 Aprel 2008 18:00 (UTC +04:00)
Azərbaycan Estoniyada səfirlik açacaq və viza rejimini ləğv edəcək

Azərbaycan, Bakı, 25 aprel/ Trend , müxbir K.Ramazanova/ Azərbaycan Estoniyada səfirlik açacaq və viza rejimini ləğv edəcək. Bu məsələyə dair razılıq cümə günü Tallində, Azərbaycan və Estoniya XİN rəhbərləri Elmar Məmmədyarov və Urmas Paet arasında danışıqlar zamanı əldə edilib. Bu barədə Estoniya XİN-in mətbuat xidmətindən Trend -a məlumat veriblər.

"Azərbaycan tərəfi artıq bu məsələ üzərində işləyir və ilin sonunadək səfirlik fəaliyyətə başlaya bilər", - Məmmədyarov estoniyalı həmkarı ilə danışıqlardan sonra keçirilən brifinqdə bildirib.

Estoniya prezidenti rəsmi səfərlə Azərbaycana dəvət edilib. Bu barədə dəvəti cümə günü rəsmi səfərlə Tallində olan Azərbaycan XİN rəhbəri Məmmədyarov verib.

Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri Xəzər regionundan Avropaya enerji ehtiyatlarının tədarükünün inkişaf etdirilməsinin zəruriliyini qeyd edib və bildirib ki, bu sahədə Azərbaycanla əməkdaşlıq üçün Estoniyanın yaxşı imkanları var.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti