...

Norveç Qarabağ məsələsində Azərbaycana köməkliyini təklif edir

Siyasət Materials 29 Aprel 2008 12:00 (UTC +04:00)
Norveç Qarabağ məsələsində Azərbaycana köməkliyini təklif edir

Azərbaycan, Bakı, 29 aprel / " müxbir K.Ramazanova/ Norveç münaqişənin həllindən sonra ermənilər tərəfindən işğal olunmuş torpaqların bərpa olunmasında Azərbaycana kömək etməyə hazırdır.

"Biz Azərbaycan torpaqlarının işğalından olduqca narahatıq və bunu böyük faciə hesab edirik", - deyə çərşənbə axşamı Bakıda Norveçin XİN başçısı Yonas Qar Stere azərbaycanlı tələbələrlə görüşü zamanı bildirib.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki nəticəsiz sülh danışıqları aparılır

Stere həll olunmamış münaqişələrin bütün regionun inkişafına mane olduğunu qeyd edib.

"Norveç Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və münaqişənin sülh yolu ilə həlli mövqeyindən çıxış edir", - deyə norveçli nazir bildirib.

Bu gün Sterenin Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarovla görüşü planlaşdırılıb.

Ötən ilin dekabrında Osloda dostluq və tərəfdaşlıq münasibətlərinin inkişafına dair Azərbaycan-Norveç birgə bəyanatı imzalanıb. Sənəd, iki ölkə arasında siyasət və təhlükəsizlik sahəsində dialoqun dəstəklənməsini, energetika və qarşılıqlı sərmayə də daxil olmaqla iqtisadiyyat, həmçinin təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlığın inkişafını nəzərdə tutur. Bundan əlavə, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və Avroatlantik strukturlara inteqrasiya məsələləri də bəyanatda öz əksini tapıb.

Xəbər lenti

Xəbər lenti