...

BP Azərbaycana səmt qazının tədarük həcmini artırıb

Siyasət Materials 30 Aprel 2008 20:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 aprel / Trend , müxbir S.Əliyev/ "BP Azerbaijan" şirkəti Azərbaycanın qaz nəqliyyatı sisteminə "Azəri"-"Çıraq"-"Günəşli" yataqlarından hasil olunan səmt qazının tədarük həcmini artırıb. Hazırda şirkət hər gün planlaşdırılmış sutkalıq 3,9 mln. kubmetr qaz ilə müqayisədə 4,5 mln. kubmetr qaz tədarük edir. Bu barədə şirkətdən məlumat verilib.

Cari il ərzində BP Azərbaycanın qaz nəqliyyatı sisteminə 1,5 mlrd. kubmetr qaz tədarük etmək niyyətindədir. Ötən il isə planlaşdırılmış 1,4 mln. kubmetr qaza nisbətən 2,4 mlrd kubmetr qaz tədarük olunub.

Şirkət səmt qazını "Azəri" yatağının mərkəzi, qərbi və şərqi hissələrində yerləşən platformalardan alır, 28 düymlük sualtı qaz kəməri vasitəsilə Səngəçal terminalına və oradan isə yerli bazarda istifadə etmək üçün "Azəriqaz" QSC-nin paylayıcı şəbəkəsinə ötürür.

"Çıraq" platformasından hasil olunan səmt qazının bir hissəsi 16 düymlük sualtı qaz kəməri vasitəsilə Azərbaycan Dövlət Neft Şirkətinin "Neft Daşları" yatağında yerləşən kompressor stansiyasına istiqamətlənir.

"AÇG" platformasından hasil olunan səmt qazının qalan həcmləri qazın axıra qədər sıxılması və suyun vurulması üçün (lay təzyiqinin saxlanılması məqsədilə suyun təkrarən laya vurulması) daxili sualtı qaz kəmərləri vasitəsilə platformaya göndərilir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti