...

Misirdə azərbaycanlı turistlər arasında tələfatın olması barədə hələki məlumat yoxdur - səfirlik

Siyasət Materials 1 May 2008 12:58 (UTC +04:00)
Misirdə azərbaycanlı turistlər arasında tələfatın olması barədə hələki məlumat yoxdur - səfirlik

Azərbaycan, Bakı, 01 may / " , müxbir S.Ağayeva / Azərbaycanın Qahirədəki səfirliyi cümə axşamı Misirdə turist avtobusunun qəzaya uğraması nəticəsində həlak olanların arasında Azərbaycan vətəndaşlarının olmasına dair məsələni araşdırır.

Misir KİV-lnin məlumatına görə, cümə axşamı səhər saatlarında Misirdə turist avtobusunun aşması nəticəsində ən azı yeddi nəfər həlak olub,16 nəfər isə yaralanıb.

"Həmin avtobusda Azərbaycan vətəndaşlarının olması barədə hələ ki, məlumatımız yoxdur, biz vəziyyətin araşdırılmasını davam etdiririk" - deyə cümə axşamı Azərbaycanın Misirdəki səfiri Faiq Bağırov Qahirədən telefonla Trend a məlumat verib.

Misir KİV-nin məlumatına görə, avtobusda Kanada, İtaliya, Rusiya və Ukraynadan olan turistlər olub. Hələ ki, ölən və yaralananların milliyyəti barədə məlumat yoxdur.

Xilasetmə xidmətlərinin nümayəndəsi məlumat verib ki, məşhur Şarm-əl-Şeyx kurortundan Qahirəyə istiqamətlənən avtobus dönə bilməyərək aşıb. Avtobusda yanğın başlayıb və bir çox zərərçəkmişlər ciddi yanıq xəsarəti alıblar.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti