...

Azərbaycanlı tələbə IBM tərəfindən təşkil olunan yarışda ikinci yeri tutub

Siyasət Materials 5 May 2008 19:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 may / " müxbir C.Babayeva/ ABŞ-da Qərbi Texasın A& M Universitetinin tələbəsi Anar Hüseynov uzun həftələr inadlı əməyin nəticəsində IBM şirkəti tərəfindən təşkil olunan "Master the Mainframe 2007" müsabiqəsində ikinci yeri tutub.

Bakıdan olan kompüter elmləri fakultəsinin tələbəsi Anar Hüseynov ABŞ və Kanadanın 325 tədris müəssisəsinin 1700-dən çox tələbəsinin mübarizə apardığı hər il keçirilən bir yarışda iştirak edib. O,yarışın ən çətin dərəcəsində - "Part 3" mərhələsində iştirak edib. Yarışın bu səviyyəsində iştirak etmək tələbələrdən həftələr, hətta aylar ərzində inadlı iş tələb edir. Bu müddət ərzində onlar təcrübəli proqramçıların qarşılaşdığı praktiki vəzifələri həll etməlidirlər. Yarış oktyabrın 1-dən dekabrın 28-dək keçirilib.

Hüseynov finalçıların ilk beşliyinə düşüb. Onlar gələcək fəaliyyət üçün "Nintendo Wii" əlavə oyununu qazanıblar. Hüseynov isə ikinci yeri tutaraq, mart ayında Nyu-York ştatının şimal-şərqində yerləşən Pokipsi şəhərində IBM meynfreymlərinin laboratoriyasında pulsuz olaraq iki gün keçirməyə nail olub.

Pokipsinin kurort şəhəri olmamasına baxmayaraq informasiya texnologiyaları sahəsində karyera qurmağı planlaşdıran insanlar üçün yaxşı yerdir.

Qırx il bundan öncə Pokipsidə ilk dəfə olaraq meynfreymlərin hazırlanmasına başlanıb və bu günə qədər də onların hazırlanması davam etdirilir. Yaxınlıqda mikrosxem istehsal edən "East Fishkill" yarımnaqil zavodu yerləşir.

Hüseynovun sözlərinə görə, onun təhsil müəssisəsi IBM meynfreymləri və "Linux" proqram təminatının tətbiq edilməsinin öyrənilməsi sahələrində işə başlayır. "Onlar idarəetməni sadələşdirir və sürətləndirir", -deyə o bildirib. Onun sözlərinə görə, meynfreymlərin tendensiyası müşahidə olunur, belə ki, kompüter idarəçiliyi bütün kompüterləri bir meynfreymdə birləşdirir.

"Bu real istiqamətdir", - deyə Arizona ştatının Skottsdeyl şəhərinin sənaye sahəsində məsləhtçi və analitik Robert Curceviç bildirib. IBM meynfreymləri "minlərlə "Wintel" serverlərini uğurla əvəz edib", - deyə "Intel" prosessorları tərəfindən əməliyyat olunan "Windows" proqram təminatı barədə danışarkən bildirib.

""Wintel" serverləri bazarı tərk edir. "Wintel" sahəsində ixtisaslaşanlar eyni vəziyyətə düşəcəklər" - deyə o bildirib.

Kompüter proqramları üzrə koordinator Pol Qedek bildirib ki, "IBM" tələbələri meynfreymlərlə işləmək vərdişlərinə hazırlamaq məqsədilə yarışlara sponsorluq edir.

"Bu nailiyyət dünya üzrə iş adamlarının azərbaycanlı tələbəyə marağını təmin edəcək. Onun qibtə ediləcək dərəcədə iş yeri seçmək və olduqca yüksək əmək haqqı tələb etmək imkanları olacaq".

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : trend

Xəbər lenti

Xəbər lenti