...

İlham Əliyev "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" qanuna əlavələr edilməsi barədə sərəncam imzalayıb

Siyasət Materials 9 May 2008 21:53 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə" qanunun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə sərəncam imzalayıb.

Sərəncama əsasən Nazirlər Kabinetinə tapşırılıb ki, bir ay müddətində qüvvədə olan qanunvericilik aktlarının "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb prezidentə təqdim etsin; Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə prezidentə məlumat versin; öz səlahiyyətləri daxilində "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə" Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

Sərəncam dərc edildiyi gündən qüvvəyə minir.

Xəbər lenti

Xəbər lenti