Azərbaycan, Bakı, 13 may/ Trend / Azərbaycan prezidenti İlham Əliyev çərşənbə axşamı Prezident sarayında Rusiya Federasiyası Dövlət Dumasının sədri Boris Qrızlovu qəbul edib.
Görüşdə iki ölkə arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, parlamentlərarası əlaqələrin genişlənməsinin ikitərəfli münasibətlərin daha da dərinləşməsinə xidmət etdiyi bildirilib.