Azərbaycan, Bakı, 13 may / Trend , müxbir C.Babayeva/ Azərbaycanın müxalifətyönlü "Ümid" Partiyasında kadr islahatları aparılıb. Partiyanın Rəyasət Heyətinin çərşənbə axşamı keçirilən iclasında partiyanın dörd şöbə üzrə yeni sədrləri təyin olunub. Bu barədə Trend -a partiyanın mətbuat xidmətindən məlumat verilib.
Məlumata əsasən, "Ümid" Partiyasının qadınlarla iş üzrə şöbəsinə Nərgiz Nağıyeva, ictimai əlaqələr şöbəsinə Çapay Həsənov, ideoloji təbliğat şöbəsinə Məhəmməd Ərsoy və iqtisadi siyasət şöbəsinə Razi Abbasov sədr təyin olunub.
Müxalifəti təmsil edən Ümid Pariyası 1993-cü ildə yaradılıb. 2002-ci ildə Vətəndaş Birliyi Partiyası (VBP) Ümid Pariyasına birləşib. VBP-nin sədri olmuş İqbal Ağazadə Ümid Partiyasına sədr seçilib. Ağazadə Milli Məclisin deputatıdır.
Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan - trend