...

İranın nüvə silahı Yaxın Şərqə yayıla bilər - Henri Kissincer

Siyasət Materials 14 May 2008 14:16 (UTC +04:00)
İranın nüvə silahı Yaxın Şərqə yayıla bilər - Henri Kissincer

İsarail, Qüds, 14 may / Trend , müxbir R.Abdullayev/ ABŞ-ın keçmiş Dövlət katibi Henri Kissincer hesab edir ki, əgər İran nüvə dövlətinə çevrilərsə, o zaman nüvə silahı bütün Yaxın Şərq bölgəsinə yayılacaq.

"Əgər İran nüvə dövlətinə çevrilərsə, nüvə silahı Yaxın Şərqin bir çox fundamental rejimlərində yayılacaq", - bu haqda Kissincer çərşənbə günü Qüdsdə İsrailin Müstəqillik Gününə həsr olunmuş "Dünənki günümüzə müraciət edək" adlı beynəlxalq konfransın açılışında bildirib.

Kissincerin sözlərinə görə, fundemantal radikal İran cihadın mənbələrindən biridir. "Biz cihada müqavimət göstərməliyik. Cıhada çağırış xüsusi beynəlxalq əhəmiyyət kəsb etməyə başlayır", - Kissincer əlavə edib.

"İranın nüvə təhdidləri - İsraillə yanaşı, bütün beynəlxalq və dünya təhlükəsizlik sistemi üçün təhlükəlidir", Kissincer əlavə edib.

Ötən həftə İsrail prezidenti, eyni zamanda konfransın təşkilatçısı Şimon Peres mətbuat-konfransında bildirib ki, Qüdsdə keçirilən konfransda 13 prezident, 5 eks-prezident, 3 Baş nazir, 4 xarici işlər naziri, 8 Nobel mükafatı laureatı və dünyanın 30 aparıcı ölkəsındən 800 nümayəndə iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti