Azərbaycan, Bakı, 14 may/ Trend / Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü Prezident sarayında Rusiya Federasiyası xarici işlər nazirliyinin stats-katibi, nazir müavini Qriqori Karasini qəbul edib. Ölkələrimiz arasında əlaqələrin dinamik inkişafını vurğulayan qonaq deyib ki, Rusiya rəhbərliyi ikitərəfli münasibətlərin daha da genişlənməsinə böyük önəm verir. Prezident İlham Əliyev Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin uğurla inkişaf etdiyini qeyd edib. Ölkəmizin başçısı iki ölkə arasında əməkdaşlığın bundan sonra da müvəffəqiyyətlə davam etdiriləcəyinə əmin olduğunu bildirib.