...

Azərbaycan neftinin qiyməti azalıb

Siyasət Materials 20 May 2008 19:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 may / Trend ,müxbir A.Bədəlova/ Mayın 19-da CIF liman Augusta şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti $125,4/barel təşkil edib. 1997-ci ildən yüngül neft hasil edən Azərbaycan Dövlət Neft Şirkətindən cümə axşamı verilən məlumata görə, bazar ertəsi neftin qiyməti cümə gününə nisbətən $0,87/barel azalıb.

Azeri Light neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağından çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Türkiyənin Ceyhan limanına, dəmir yolu ilə Gürcüstanın Batumi limanlarına çatdırılır.

ARDNŞ-dən bildiriblər ki, FOB Türkiyənin Ceyhan limanı şərtlərilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 19-da $122,92/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən $0,87/barel azdır.

Azərbaycan həmçinin neftin URAL növünü Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır. Keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəmərləri şəbəkəsində digər növlərlə qarışdırılır və Novorossiysk limanında URAL adı ilə satılır. Bu növ, spesifikasiyasına görə, Azərbaycan neftindən keyfiyyət və qiymətcə aşağıdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti mayın 19-da $115,19/barel təşkil edib və bu əvvəlki qiymətdən $1,04/barel azdır.

Şimal dənizindən hasil edilən Brent Dated etalon növlü neftlə analoji vəziyyət müşahidə edilir. Mayın 19-da Brent Dated neftinin 1 barelinin qiyməti $122,01/barel təşkil edib , bu da əvvəlki qiymətdən $1,15/barel azdır.

Xəbər lenti

Xəbər lenti