...

Afrika İttifaqının vasitəçiliyi - zəruri tədbir - ekspertlər

Siyasət Materials 21 May 2008 19:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 may / Trend , E.Tarıverdiyeva, R.Hafizoğlu/ 52 Afrika ölkəsini birləşdirən Afrika İttifaqı, Sudan və Çad arasında çoxillik münaqişədə nəinki vasitəçi, hətta Xartumu Ncamenanın daxili işlərinə qarışmasından mühafizə edə bilməz. "Afrika İttifaqının iki ölkə arasında münaqişənin nizama salınması üzrə danışıqlar aparması iləyanaşı, Çadın Sudanın daxili işlərinə qarışmamaq barədə danışıqlar aparması daha məqsədə uyğun olardı", - Sudan parlamentinin rəsmi nümayəndəsi Zubeir Osman Əhməd bildirib.

Afrika İttifaqı Çad və Sudan arasında münaqişənin nizama salınmasında vasitəçi kimi çıxış edəcək. Ə l-Cəzirə telekanalının mayın 18-də yaydığı məlumata əsasən, sözügedən görüş Misirdə mayın sonlarında keçiriləcək.

"Sudan Afrika İttifaqının Ncamena və Xartum arasında vasitəçi kimi çıxış etməsinə qarşı deyil. Lakin vasitəçiliyə vaxt var, tələsmək lazım deyil", - Əhməd Xartumdan çərşənbə günü telefonla Trend -a bildirib. Sudan və Çad arasında münaqişənin nizama salınması haqqında dəfələrlə sazişlər imzalanıb, lakin parlament üzvü təəssüflə qeyd edir ki, Çad Sudan qarşısında öz öhdəliklərini yerinə yetirmir. "Çad və Sudan arasında gərginlik Çadın təşəbbüsüdür. Güman edirəm ki, Çad hökuməti münaqişənin miqyasını dərk edərək, separatçılarına siyasi və maliyyə dəstəyini dayandıracaq", - Əhməd əlavə edib.

Amerikalı politoloq Devid Şin (David Shinn) hesab edir ki, Afrika İttifaqı Sudan və Çad arasında vasitəçi olmağa cəhd göstərməlidir və çox güman ki, bu məqsədlə lazımi səyləri ortaya qoyacaq və danışıqlar prosesində müəyyən nailiyyətlər əldə edəcək. "Fikrimcə, Çad və Sudan sülh münasibətlərini bərpası üçün, əvvəllər olduğu kimi, müəyyən güzəştlərə gedəcəklər", - Corc Vaşınqton Universitetinin professoru Şin çərşənbə günü Trend -a elektron poşt vasitəsilə bildirib.

Onun fikrincə, problem iki tərəfin əlaqələrində müşahidə olunan ciddi gərginliklə bağlıdır. " Zaqava kimi etnik qrupların hər iki ölkədə yaşaması, sərhəd boyunca qarışıq vəziyyətin yaranmasına gətirib çixarır", - ekspert əlavə edib. Şin hesab edir ki, Darfur münaqişəsi Çad və Sudan arasında əlaqələri daha da kəskinləşdirib. Vaxtilə Ncamena və Xartum bir -birinə daxil olmaq üçün ölkələrindəki üsyan hərəkatlarını dəstəkləyiblər. "Hazırda Afrika İttifaqı və ya digər təşkilatlar vasitəsilə keçmişdə yaranan problemləri həll etmək çətin olacaq", - deyən politoloq bildirib ki, digər ölkələrin təhrikçiliyi olsa belə, ən yaxşı halda, müvəqqəti olaraq hər hansı bir zorakılığı azaldacaq və ya tam aradan qaldıracaq sazişin imzalanmasına ümid etmək olar. "Lakin mən hadisələrin müsbət inkişafının bu qədər uzun sürəcəyini gözləməzdim" - o əlavə edib.

Afrika İttifaqı (Aİ- African Union) - beynəlxlq dövlətlərarası regional təşkilatdır. Təşkilat 2001-ci ilin mayında Afrika Birliyi Təşkilatı (ABT) bazasında yaradılıb. Onun fəaliyyətinin əsasını təşkil edən prinsiplərindən biri təşkilata üzv ölkələrin müstəqillik elan etdiyi zaman mövcud olan dövlət sərhədlərinə hörmət etmək dir.

BMT və Aİ-nin birləşmiş qoşun kontengenti 2007-ci ildən Sudan - Çad münaqişəsini həll etmək məqsədilə ,Darfurda yerləşdirilib. Bu təşkilatların birgə planına əsasən, kontengentin prioritet diqqəti, zorakılığın dayandırılması və təhlükəsizliyin bərpa olunması, atəşkəsin dayandırılması rejimini möhkəmləndirəcək siyasi prosesə yönəlməlidir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti