...

Azərbaycanda bu il 32 nəfər insan alverinin qurbanı olub

Siyasət Materials 27 May 2008 14:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 may / Trend , müxbir K.Zərbalıyeva/ Bu ilin 5 ayı ərzində resbublikada insan alveri ilə bağlı 35 cinayət qeydə alınıb.

Bu barədə Trend -a çərşənbə axşamı Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi Cavad Şıxəliyev məlumat verib.

İdarə rəisi bildirib ki, bu müddətdə 32 insan alveri qurbanı müəyyən edilib.

Ötən il isə insan alveri ilə bağlı 74 cinayət faktı qeydə alınıb və 101 qurban müəyyənləşdirilib.

Bu il ərzində məcburi əməklə bağlı 1, fahişəliyə cəlb etmə ilə 50, yetkinlik yaşına çatmayanı fahişəliyə cəlb etmə ilə 4, əxlaqsiz yuvaları saxlama 94, seksual xarakterli hərəkətlərə məcbur etmə 2, parnoqrafik materialları qanunsuz yayma ilə bağlı 2 cinayət hadisəsi qeydə alınıb.

Ötən il ərzində respublikada məcburi əmək və parnoqrafik materialları qanunsuz yayma ilə bağlı faktlar qeydə alınmayıb.

Ümumilikdə isə Azərbaycanda sadalanan cinayətlər üzrə bu il 188 fakt aşkarlanıb və həmin cinayətləri törətmiş 129 nəfər məsuliyyətə cəlb olunub. Ötən il bu cinayətlərin ümumi sayı 283 olub və 300 nəfər cinayət məsuliyyətinə cəlb olunub.

Azərbaycanda 2004-cü ildə İnsan Alveri ilə Mübarizədə Milli Fəaliyyət Planı qəbul edilib. Fəaliyyət Planı 2004-2007-ci illəri əhatə edir.

ABŞ Dövlət Departamentinin 2007-ci ildəki hesabatında Azərbaycan insan alveri ilə bağlı ikinci qrup ölkələr sırasına aid edilib. Bu hesabatda Azərbaycan insan alveri ilə mübarizədə Yaponiya, Yunanıstan, Türkiyə, Rumıniya, Bolqarıstan, Estoniya və Latviya ilə bir sıradadır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti