...

İraqdakı Azərbaycan sülhməramlıları nümunəvi xidmətlərinə görə təltif olunublar

Siyasət Materials 29 May 2008 11:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 may/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycan Silahlı Qüvvələrinin sülhməramlı bölüyünün dörd zabiti İraqdakı Çoxmillətli Qüvvələrin rəhbərliyi tərəfindən nümunəvi xidmətlərinə görə "ABŞ Hərbi Dəniz Qüvvələri və Dəniz Piyadalarının Nailiyyət medalı" ilə təltif olunublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən cümə axşamı Trend -a verilən məlumata görə, İraqda göstərdikləri peşəkarlığa görə Azərbaycan sülhməramlı bölüyünün zabitləri - mayor Sadiq Yəhyazadə, kapitan Teyfur Rüstəmov, kapitan Emin Novruzov və baş leytenant Mehman Əbdülrəhmanov yüksək medalla təltif olunublar.

Verilən tapşırıqları vaxtında yerinə yetirdiklərinə görə Azərbaycan sülhməramlıları dəfələrlə həm NATO, həm də Çoxmillətli Qüvvələrin rəhbərliyi tərəfindən mükafatlandırılıblar.

Hazırda "ABŞ Hərbi Dəniz Qüvvələri və Dəniz Piyadalarının Nailiyyət medalı" ilə 9 Azərbaycan zabiti təltif olunub.

Azərbaycan Silahlı Qüvvələrinin tərkibində 1997-ci ildə sülhməramlı bölük, sonra isə sülhməramlı tabur yaradılıb. Tabur Bakıdakı "N" saylı hərbi hissənin tərkibində fəaliyyət göstərir. Sülhməramlı tabur hərbi hissənin təlim-tədris bazasında intensiv hazırlıq keçir, əsgərlər ən azı 6 ay xidmətdən sonra sülhməramlı missiyalara göndərilirlər.

Hazırda Azərbaycan Silahlı Qüvvələrinin İraqda Çoxmillətli Qüvvələrin tərkibində 150, Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin strukturunda isə 45 sülhməramlısı xidmət edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti