...

İsrail və İran: Bir-birini neytrallaşdırmaq cəhdləri - Trend News-un eksperti

Siyasət Materials 9 İyun 2008 18:09 (UTC +04:00)

İsrail, Qüds, 09 iyun/ Trend , müxbir R.Abdullayev/ İsrail son dərəcə sərt ritorikaya keçib və Qərb və Amerika müttəfiqlərindən fundamentalist İranı neytrallaşdırmağı tələb edir. Zərurət yaranarsa, silahın köməyi ilə. Ötən həftə ABŞ-da olan İsrail hökumətinin başçısı Ehud Olmert bəyan edib ki, "dünya terrorizm ixracatçısı və fundamental diktaturaya" qarşı görülən tədbirlər kifayət deyil və sərtləşdirilməlidir. ABŞ bunun cavabında bəyan edir ki, müharibəyə hazır deyil və diplomatiyaya ümid edir. Lakin, özünü sığortalamağa tələsir.

Rəsmi Tehran artıq dəfələrlə "sionist rejimini yer üzündən silməyi" vəd verib və nəhayət, Təl-Əvivinin səbri tükənib. İsrail dünya ictmaiyyətini İslam Respublikası ilə qəti olaraq məsələləri həll etməyə çağırır. İsrail Baş naziri bildirib ki, İran əleyhinə qəbul edilən bütün iqtisadi və siyasi sanksiyalar təsir göstərməyiblər. Buradan belə nəticəyə gəlmək olar ki, regionda hakimiyyəti zəbt etməyə çalışan "ən iri dünya terrorizm ixracatçısı və fundamental diktatura ilə" daha sərt - hətta silah dili ilə danışmaq lazımdır. "İranın beynəlxalq qətnamələri nəzərə almaması, davam edən yalan və inkar taktikası daha ciddi və sərt tədbilərin zəruri olmasına heç bir şübhə yaratmır", - Ynet informasiya agentliyi Baş nazirin sözlərindən sitat gətirir.

Öz növbəsində, İsrail siyasətinin patriarxı, İsrail prezidenti Şimon Peres bəyan edib ki, "ekstremistlərin sözlərinin ardınca işləri gəlir. Mən BMT-yə üzv dövlətin başçısının necə belə bəyanatla çıxış edə bilməsini təsəvvür edə bilmirəm". Peresin sözlərinə görə, bununla barışmaq olmaz, İran BMT üzvləri arasında qala bilməz.

Bir çox İsrail ekspertlərinin Olmertin daha çox ehtimal edilən varisi adlandırdıqları İsrailin xarici işlər naziri Tsipi Livni bu günlərdə rəsmi Tehrana tərəf sərt jest edib. Livni Knessetin xarici işlər və müdafiə komissiyasının iclasında bildirib ki, "İran anlamalıdır ki, ona qarşı hərbi əməliyyat gündəlikdən çıxarılmayıb". XİN rəhbəri İranın nüvə proqramına qarşı təcili tədbilərin zəruri olduğunu vurğulayıb. "İndi zaman hər bir şeyi müəyyən edir. Zəiflik və tərəddüd təcavüzkar hərəkətlərlə barışmağa hazırlıq kimi başa düşülə bilər. Axı bizim regionda belədir: ya siz çox düşünmədən xuliqanı öz məhəlləsində vurursunuz, ya da ona qoşulursunuz - üçüncü yol yoxdur", - o bildirib. Livni İsrailin İranın nüvə ambisiyalarına qarşı mübarizəsində dünya ictimaiyyətinin dəstəyinin səfərbər edilməsi probleminə də toxunub."Biz hamıya izah edirik ki, çətin qərarları, Tehran müvafiq texnologiyaya sahib olduqdan sonra deyil, məhz indi, təcili olaraq qəbul etmək lazımdır", - o qeyd edib.

Bu yaxınlarda ABŞ Dövlət Katibi Kondoliza Rays Vaşinqtonun hərbi müdaxiləsi perspektivini son dərəcə mənfi qiymətləndirib. Onun rəyinə görə, dünya ictimaiyyətinin İrana əlavə diplomatik təzyiq vasitələri axtarması lazımdır. ABŞ xarici siyasət idarəsinin rəhbəri bildirib ki, həqiqi diplomatiya "danışıqların sinonimi deyil" və gələcəkdə Vaşinqton, ola bilsin ki, İranla birbaşa dialoqa başlasın. Lakin, Tehranın qəti olaraq öz nüvə planlarından imtina etməsindən tez olmayaraq.

Qeyd etmək lazımdır ki, əsl problem Buş administrasiyasının İranla danışmaq istəməməsində, əsl məsələ isə, İranın nə üçün Vaşinqtonla danışmaq istəməməsində deyil. Ağ Evin "İran hökumətini təhlükəli" hesab etməsinə baxmayaraq, respublikaçı administrasiya, əvvəlki kimi, sanksiyaların gücünə inanır. "Tehranın zəif yerləri var və biz bu zəif yerlərdən istifadə edə bilərik və etməliyik", - Rays bəyan edib və aydınlaşdırıb ki, "uğursuz iqtisadi siyasəti", qonşu ölkələrin narazılığını və İran əhalisinin məhrumiyyətlərini nəzərdə tutur.

Mən siyasi liderlərin danışdığına inanan insanların nəslinə mənsubam. İran prezidenti İsraili məhv etmək istədiyini söyləyəndə, mən ona inanıram və burada əsl problemi görürəm. Dünya tarixinin əvvəllər baş vermiş təcrübəsini - Sudeti xatırlmağa dəyər. Çexoslovakiyanın alman azlığı Sudetin Almaniyaya qoşulmasını tələb edirdi. Qərb isə bunun təhlükəli olmadığını hesab edirdi. O zaman Hitler anladı ki, nə istəsən etmək olar. İran üçün 2006-cı ilin iyulunda "Hizbullah" ilə avantüra - sınaq, məhək daşıdır. Lakin İran İsrailin belə sərt reaksiyasını gözləmirdi...

Xəbər lenti

Xəbər lenti