Azərbaycan, Bakı, 11 iyun / Trend , müxbir S.Ağayeva / Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Varşavada ikitərəfli əlaqələri müzakirə etməyə hazırlaşır.
Azərbaycanın Polşadakı səfirliyinin mətbuat xidmətindən çərşənbə günü Trend -a bildirilib ki, Azərbaycan xarici işlər nazirinin iyunun 12-13-də Polşaya rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Radoslav Sikorski, Polşa Senatının marşalı Boqdan Boruseviç və Polşa Seyminin vitse-marşalı Yaroslav Kalinovski ilə görüşləri planlaşdırılıb.
Azərbaycan XİN-in rəhbərini həmçinin Polşa prezidenti Lex Kaçinski qəbul edəcək.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]