...

Azərbaycan prezidenti Valter Şvimmeri qəbul edib

Siyasət Materials 11 İyun 2008 17:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 iyun/ Trend / Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü "Sivilizasiyaların dialoqu" Dünya İctimai Forumunun Beynəlxalq Koordinasiya Komitəsinin sədri, Avropa Şurasının keçmiş baş katibi Valter Şvimmeri qəbul edib.

Görüşdə "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" mövzusunda beynəlxalq konfransın Azərbaycanda keçirilməsinin mühüm əhəmiyyət daşıdığı vurğulanıb, bu cür tədbirlərin keçirilməsinin sivilizasiyalararası dialoqa və ölkələrarası əməkdaşlığın inkişaf etdirilməsi işinə töhfə verəcəyi bildirilib.

Xəbər lenti

Xəbər lenti