...

"Qalatasaray"ın məşhur futbolçusu karyerasını Azərbaycan klubunda davam etdirməyə razılıq verib

Siyasət Materials 13 İyun 2008 15:21 (UTC +04:00)
"Qalatasaray"ın məşhur futbolçusu karyerasını Azərbaycan klubunda davam etdirməyə razılıq verib

Azərbaycan, Bakı, 13 iyun / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Qarabağ" futbol klubunun Türkiyənin "Qalatasaray" komandasının məşhur futbolçusu Hasan Şaşın transferini həyata keçirməsi üçün ciddi problem yoxdur. "Türkiyədə bir çox tanınan futbolçular var ki, onlar Azərbaycanda oynamaq istəyirlər. Hasan Şaş da onlardan biridir. Bu futbolçu özü də karyerasını "Qarabağ"da davam etdirmək istəyir. Əlbəttə, biz də onun komandamızda olmasını arzulayırıq. Şaşla bağlı məsələdə qabağımızı kəsən məqam "Qarabağ"ın yaxın illərdə böyük transferləri həyata keçirməklə bağlı planının olmamasıdır. Bizim klub hələ ki, stadionun tikintisinə üstünlük verir", cümə günü Trend -a "Qarabağ"ın Türkiyədən olan baş məşqçisi Rasim Kara deyib.

Şaşın "Qarabağ"a keçəcəyi ilə bağlı xəbərlər artıq xeyli müddətdir ki, səngimək bilmir. Bir müddət əvvəl "Qarabağ"ın baş direktoru Əmrah Çəlikəl də Türkiyə yığma komandasının keçmiş futbolçusunu transfer etmək niyyətində olduqlarını bildirmişdi.

Baş məşqçi bildirib ki, "Qarabağ" növbəti futbol mövsümü üçün elə də çox transferlər etməyəcək. "Bizə üç futbolçu lazımdır. Onlardan ikisi yarımmüdafiəçi, biri isə hücumçu olmalıdır", - deyə Kara əlavə edib.

"Qarabağ"ın maraq dairəsində olan Şaş hücumameylli yarımmüdafiəçi mövqeyində çıxış edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti