...

Azərbaycan parlamenti terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almağı nəzərdə tutan qanun layihəsinin ilkin variantını təsdiqləyib

Siyasət Materials 13 İyun 2008 19:03 (UTC +04:00)
Azərbaycan parlamenti terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almağı nəzərdə tutan qanun layihəsinin ilkin variantını təsdiqləyib

Azərbaycan, Bakı, 13 iyun/ "Tr müxbir İ.Əlizadə/ Azərbaycan parlamenti cinayət yolu ilə əldə edilən pulların və digər əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınmasını nəzərdə tutan qanun layihəsini birinci oxunuşda qəbul edib. "Qanun layihəsi cinayət yolu ilə əldə edilən pulların və əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsinin aşkar olunması və qarşısının alınması üçün hüquqi mexanizm yaradılmasını nəzərdə tutur", - deyə parlamentin cümə günü keçirilən iclasında Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov bildirib.

Trend -un məlumatına görə, parlamentin cümə günü keçirilən iclasında "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanun layihəsi müzakirə olunub.

Hüseynov qeyd edib ki, Azərbaycan belə bir qanun layihəsinin qəbul olunması ilə bağlı Avropa Şurası və digər beynəlxalq təşkilatlar qarşısında öz üzərinə öhdəlik götürüb: "Azərbaycan qanunvericiliyin təkmilləşdirilməsi çərçivəsində, Avropa Şurası qarşısında və şəffaflığın yaradılması çərçivəsində, digər beynəlxalq təşkilatlar qarşısında belə bir qanun layihəsinin qəbulu ilə bağlı öz üzərinə öhdəlik götürüb. Eyni zamanda, Azərbaycanın korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramında da bu qanun layihəsinin qəbulu nəzərdə tutulub".

Komissiya sədri qeyd edib ki, Azərbaycan Qanunun qəbulunda gecikib, ona görə də Avropa Şurasının Nazirlər Komitəsi Qanunun tez bir zamanda qəbul olunması ilə bağlı Azərbaycana müraciət edib.

Qanun layihəsinə əsasən, cinayət yolu ilə əldə edilən pul vəsaitlərinin və digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində tədbirləri həyata keçirmək üçün monitorinq qrupu yaradılacaq. Qrup 20 min manatdan çox bütün vəsaitlərin hansı mənbədən əldə olunması, hara köcürülməsi və hansı sahələrə xərclənməsini yoxlamaq hüququna malik olacaq.

Parlament qanun layihəsini birinci oxunuşda qəbul edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti