...

Azərbaycanın xarici işlər naziri UNISEF-in ölkəmizdəki nümayəndəsini qəbul edib

Siyasət Materials 17 İyun 2008 18:48 (UTC +04:00)

Azərbaycan, Bakı,17 iyun / Trend / Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çərşənbə axşamı UNISEF-in ölkəmizdəki nümayəndəsi Hanaa Sinqeri fəaliyyət müddətinin bitməsi ilə əlaqədar qəbul edib. Bu barədə Trend -a Azərbaycanın xarici siyasət idarəsinin mətbuat xidmətindən bildiriblər.

Görüşdə cəmiyyətin inkişafı üçün insan kapitalının vacib faktor olduğu və bu istiqamətə hökumətin xüsusi diqqət ayırdığı qeyd olunub, təhsil və sosial islahatlara vacib əhəmiyyət verildiyi diqqətə çatdırılıb. Tərəflər Ermənistanın Azərbaycana təcavüzünün yaratdığı fəsadlar haqqında da danışıb, UNİCEF-in qaçqınlarla bağlı gördüyü işləri təqdirəlayiq hesab ediblər.

Xəbər lenti

Xəbər lenti