...

Azərbaycan prezidenti Qazaxıstan Senatının sədrini qəbul edib

Siyasət Materials 18 İyun 2008 18:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 iyun/ Trend / Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü Qazaxıstan Senatının sədri Qasım Comərd Tokayevi qəbul edib.

Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, humanitar və digər sahələrdə dinamik surətdə inkişaf etdiyi vurğulanıb, parlamentlərarası əməkdaşlığın əlaqələrimizin daha da genişlənməsi işinə öz töhfəsini verəcəyinə əminlik ifadə olunub.

Görüşdə Ali qanunverici orqanların nümayəndələrinin görüşlərinin vacibliyi də qeyd olunub və Qazaxıstan Senatı sədrinin bu səfərinin Azərbaycan-Qazaxıstan münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edəcəyi bildirilib.

Xəbər lenti

Xəbər lenti