...

Qazaxıstan ATƏT-də sədrliyi dövründə Ermənistan-Azərbaycan münaqişəsinin həllinə kömək etməyə hazırdır - səfir

Siyasət Materials 4 İyul 2008 13:22 (UTC +04:00)
Qazaxıstan ATƏT-də sədrliyi dövründə Ermənistan-Azərbaycan münaqişəsinin həllinə kömək etməyə hazırdır - səfir

Azərbaycan, Bakı, 04 iyul/ Trend , müxbir R.Novruzov/  Qazaxıstan münaqişəsinin həllinə  kömək etməyə hazırdır.  "Qazaxıstan ATƏT-də sədrliyi dövründə Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün bütün səyləri göstərməyə hazırdır", - cümə günü jurnalistlərə Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetov bildirib.

Qazaxıstan 2010-cu ildə ATƏT-də sədrlik edəcək.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə başlayıb. Ermənistan Azərbaycanın 20% ərazisini - Dağlıq Qarabağı və ona bitişik yeddi rayonu işğal edib. 1991-ci ilin dekabrnadək Dağlıq Qarabağ (Şuşa və Xocalı istisna edilməklə) Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993-cü illərdə Şuşa, Xocalı və  Dağlıq Qarabağ ətrafında yerləşən yeddi rayon işğal edilib. 1994-cü ildə Azərbaycan və Ermənistan arasında atəşkəs haqqında razılıq əldə olunub. Tərəflər indiyədək sülh danışıqları aparırlar.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün vasitəçi kimi üç ölkənin - ABŞ, Rusiya və Fransanın həmsədri olduğu Minsk Qrupu çıxış edir.

Xəbər lenti

Xəbər lenti