...

Təcavüz etmək istəyən əli tətiyi çəkməmişdən öncə kəsərik – İran prezidenti

Siyasət Materials 8 İyul 2008 17:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 iyul / Trend , müxbir T.Cəfərov / İran prezidenti Mahmud Əhmədinejadın ölkəsinə hücum etmək niyyətində olanlara bir daha xəbərdarlıq bəyanatı ilə çıxış edib. "İran xalqı təcavüz etmək istəyənlərin əlini tətiyi çəkməmişdən öncə biləyindən kəsəcək", - deyə Əhmədinejad çərşənbə axşamı Malayziyada D8 sammitinin nəticələrilə bağlı mətbuat konfransında deyib. Bu barədə İranın "İRNA" agentliyi məlumat yayıb.

İrana ehtimal olunan hücumu gülünc ssenari adlandıran Əhmədinejad bildirib ki, "Amerikada çoxlu ağıllı insanlar var ki, Corc Buşu siyasi intihar etməyə qoymazlar".

Onun sözlərinə görə, mövcud iqtisadi, siyasi vəziyyət də buna icazə vermir.

Müəllif ilə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti