...

Azərbaycanın müxalif partiyasının fəalları azadlığa buraxılıblar

Siyasət Materials 11 İyul 2008 15:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 iyul / Trend , müxbir E.Babayev/ Azərbaycanın müxalif Müsavat Partiyasının cümə günü Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında keçirdiyi icazəsiz piketdə saxlanılan 13 nəfər sərbəst buraxılıb. Bu barədə Trend -a Müsavatın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı məlumat verib.

Trend -un arayışı: Bu gün Müsavatın bir qrup fəalı piket keçirməyə cəhd edib. Partiyanın fəalları Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısına getməyə cəhd etsə də, polislər piketçilərin qarşısını kəsiblər. İcazəsiz piketdə sapxlanılanlar Səbail rayon 9 -cu polis bölməsinə aparılıblar. Aksiyada sərbəst toplaşmaq hüququnun məhdudlaşdırılmasına etiraz edilib.

Hacılı bildirib ki, o və partiyadaşları 3 saat polis idarəsində saxlanılıblar. "Protokol tərtib edildikdən və bizə xəbərdarlıq olunduqdan sonra sərbəst buraxıldıq" - deyə o bildirib. Hacılı idarədə onlara hər hansı təzyiqin edilmədiyini bildirib.

Müxalifəti təmsil edən Müsavat Partiyası 1992 - ci ildə yaradılıb. Partiyanın başqanı İsa Qəmbər Azərbaycan parlamentinin spikeri (1992-93-cü illərdə) və 2003-cü ildə keçirilmiş prezident seçkisində prezidentliyə namizəd olub. Partiya beş nəfər deputatla parlamentdə təmsil olunur

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti