...

Türkiyədə dövlət çevrilişinə cəhddə günahlandırılan qrupun barəsində ittihamlar açıqlandı

Siyasət Materials 14 İyul 2008 14:26 (UTC +04:00)
Türkiyədə dövlət çevrilişinə cəhddə günahlandırılan qrupun barəsində ittihamlar açıqlandı

Azərbaycan, Bakı, 14 iyul / Trend , müxbir S.İlhamqızı/ Türkyədə iyulun 1-də həbs olunmuş yüksək rütbəli hərbçilər, media və ictimaiyyət nümayəndələrindən ibarət qrupun barəsində rəsmi ittihamlar bu gün açıqlandı. Bu barədə Türkiyənin "Cihan" Xəbər Agentliyi məlumat yayıb.

İstanbulun Baş prokuroru Aykut Çingiz Engin ittiham aktını bu gün 13 saylı Ağır Cinayətlərə Dair Məhkəməyə təqdim edib.

Qrup "Silahlı terror təşkilatı qurmaq və idarə etmək, üzv olmaq", "Zor gücünə xalqı hökumətə qarşı silahlı üsyana təhrik etmək", "Dövlət Şurasına və "Cümşuriyyət" qəzetinə hücuma yönəltmək", "Dövlətə aid məxfi məlumatları əldə etmək", "Xalqı kin və düşmənçiliyə sövq etmək" ittihamları ilə günahlandırılır.

Bu ittihamlarla 48 nəfər həbs olunub, 38 nəfər isə şübhəli şəxs qismində istintaqa cəlb olunub.

İttiham aktı ilə bağlı məhkəmə 15 gün ərzində qərar çıxarmalıdır. Məhkəmə ittiham aktını ya rədd, ya da təsdiq edəcək.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti