...

Türkiyə və Azərbaycan prezidentləri Bakı-Tbilisi-Qars dəmir yolu layihəsini yüksək qiymətləndirirlər

Siyasət Materials 24 İyul 2008 12:38 (UTC +04:00)
Türkiyə və Azərbaycan prezidentləri Bakı-Tbilisi-Qars dəmir yolu layihəsini yüksək qiymətləndirirlər

Türkiyə, Qars, 24 iyul/ Trend , müxbir A.Əliyev/ Türkiyə prezidenti Abdulla Gül və Azərbaycan prezidenti İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolu magistralı layihəsinin həyata keçirilməsini yüksək qiymətləndirirlər. İki rəhbərin görüşü cümə axşamı səhər Qarsda Bakı-Tbilisi-Qars dəmir yolu magistralının Türkiyə hissəsinin təməlqoyma mərasimindən əvvəl baş tutub.

İlham Əliyev bu layihənin tikintisini regionun çiçəklənməsi və Asiyadan Avropaya yüklərin nəql edilməsi perspektivinə xidmət edəcək tarixi hadisə adlandırıb.

Gülün sözlərinə görə, layihənin həyata keçirilməsi, tarixi "İpək yolunu"dirçəldəcək və yükləri Çindən Avropaya daşımağa imkan verəcək. "Layihə regionun iqtisadi inkişafına, əhalinin maddi rifahının yüksəlməsinə və Gürcüstan, Azərbaycan və Türkiyə arasında əməkdaşlıq səviyyəsinin daha da möhkəmlənməsinə xeyli kömək edəcək", - Gül deyib.

Türkiyə, Azərbaycan və Gürcüstan prezidentlərinin iştirakı ilə magistralın Türkiyə hissəsinin təməlqoyma mərasimi bu gün Qarsda keçiriləcək.

Bakı-Tbilisi-Qars layihəsi çərçivəsində 76 km-i Türkiyə, 29 km. isə Gürcüstan ərazisindən keçəcək dəmir yolu magistralının 105 km-lik yeni qolunun tikilməsi planlaşdırılır. Bundan başqa, Gürcüstanda  Axalkalaki-Marabda-Tbilisi dəmir yolunun 183 km-lik hissəsinin mövcud olan xətti yüklərin ötürülmə gücünü ildə 15 mln. tona çatdırmaq üçün bərpa ediləcək. Layihə $422 mln., müvafiq infrastrukturlarla birlikdə  $600  mln. dəyərində qiymətləndirilir. Bu nəqliyyat dəhlizinin 2010-cu ildə istismara verilməsi planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti