...

Azərbaycanda ölkə müxalifəti meydanının yenilənməsinə zərurət var – Azərbaycan prezidenti İcra Aparatının şöbə müdiri

Siyasət Materials 29 İyul 2008 15:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 iyul/ Trend , müxbir S.Ağayeva/ Azərbaycanın hakim elitasında hesab edirlər ki, ölkədəki müxalifət meydanının yenilənməsinə zərurət var.

"Bu gün Azərbaycanda müxalifət strukturları var ki, bu da dövlətin inkişafının demokratik xarakterini təcəssüm etdirir. Bu müxalifət strukturlarının real və konstruktiv problemləri ictimai müzakirəyə çıxara bilməmələri, real və maraqlI müxalif alternativ kimi çıxış etmək gücündə olmamaları tamamilə başqa məsələdir", - Azərbaycan prezidenti İcra Aparatının Siyasi Analiz və İnformasiya Təminatı şöbəsinin müdiri Elnur Aslanov Trend -a bildirib.

"Onlar daxili çəkişmələrlə əhəmiyyətli dərəcədə məhdudlaşıblar və təəssüf ki, bir-birinə patoloji həsədin çərçivələrindən kənara çıxa bilmirlər və ya çıxmaq istəmirlər", - Aslanov söyləyib.

Prezident seçkiləri ərəfəsində fəallaşmaq, ictimaiyyətə nə təklif etmək barədə düşünmək və hansı alternativ sosial-iqtisadi və ya siyasi kursu hakim elitaya qarşı qoymaq barədə dünşünməkdənsə, vaxtlarını müxalifətdaxili strukturlarda qarşılıqlı münasibətlərin ayırd edilməsinə sərf edirlər, - şöbə müdiri qeyd edib.

Onun sözlərinə görə, bu bir daha ölkədəki müxalifət meydanının yeninlənməsinə zərurət olduğunu sübut edir. "Axı belə vəziyyət Azərbaycanda siyasi institutların inkişafını əhəmiyyətli dərəcədə yubadır. Siyasi institutlar və demokratik ənənələri inkişaf etdirmək və təkmilləşdirməyin bizim üçün zəruri olduğundan danışırıqsa, o zaman bu məsələdə mühüm rol hakimiyyətə qarşı müxalif mövqedən çıxış edənlərə məxsusdur", - Aslanov söyləyib.

Azərbaycan cəmiyyətinin, nə vaxtlarsa xalq hərəkatında iştirak etdiklərinə görə, ənənəvi olaraq siyasi meydanda "əylənən" deyil, konkret sosial sifarişi ifadə edən siyasi strukturlara ehtiyacı var,- o söyləyib. "Cəmiyyətə yenilənmiş simalar və maraqlı fikirlər lazımdır. Bəzi müxalifət strukturlarında belələri olmadığından, onların digərləri üçün yolu boşaltmaq barədə düşünmələri lazımdır", - Aslanov hesab edir.

Azərbaycanda 52 siyasi partiya qeydiyyatdan keçib və onlardan 12-si ölkə parlamentində təmsil olunur.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti