...

İran və Azərbaycanın sərhəd xidməti rəhbərləri Parsabadda görüşürlər

Siyasət Materials 5 Avqust 2008 15:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 avqust / Trend /Azərbaycan və İran Dövlət Sərhəd Xidməti rəhbərlərinin 4 -cü müştərək iclası İranın Parsabad şəhərində öz işinə başlayıb. Bu barədə İranın "İribnews" saytı məlumat yayıb.

İclasda Tehran və Bakı arasında razılaşdırılmış sənədlərin icrası və iki ölkənin sərhəd əlaqələrinin genişləndirilməsi məsələsi müzakirə olunur.

Ölkənin Dövlət Sərhəd Xidməti rəhbərlərindən başqa, tədbirdə Azərbaycanın Naxçıvan, Cəbrayıl, Biləsuvar, Lənkəran və Astara gömrük məntəqələrinin, eləcə də İranın Poldəşt, Culfa, Xudafərin, Aslanduz, Muğan və Astara gömrük məntəqələrinin rəhbərləri də iştirak edirlər.

Görüşə Azərbaycanın Dövlət Sərhəd Xidməti rəhbərinin beynəlxalq əlaqələr üzrə müavini , İranın Dövlət Sərhəd Xidməti rəhbərinin müavini , İran səfirliyinin Azərbaycanda hərbi attaşesi və İranın Ərdəbil vilayətinin polis rəisi də qatılıb.

İran və Azərbaycan 499 kilometr uzunluğunda müştərək sərhədə malikdir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti