...

Rusiya Gürcüstan və Cənubi Osetiya arasındakı münaqişənin zəiflədilməsi üçün bütün mümkün üsullardan istifadə edir - Silahlı Qüvvələrin Baş qərargahı

Siyasət Materials 11 Avqust 2008 15:41 (UTC +04:00)
Rusiya Gürcüstan və Cənubi Osetiya arasındakı münaqişənin zəiflədilməsi üçün bütün mümkün üsullardan istifadə edir - Silahlı Qüvvələrin Baş qərargahı

Rusiya, Moskva, 11 avqust/ Trend , müxbir R.Ağayev/ Rusiya Gürcüstan və Cənubi Osetiya arasındakı münaqişənin zəiflədilməsi üçün bütün mümkün üsullardan istifadə edir, - bazar ertəsi Moskvada keçirilən mətbuat konfransında Rusiya Federasiyası  Silahlı Qüvvələri Baş qərargahının rəis müavini Anatoli Noqovitsın deyib.

"Münaqişə zonasındakı vəziyyət, siyasi və hərbi-strateji planda gərginləşmək tendensiyasına meyllidir",  - Noqovitsın bildirb.

"Lakin biz vəziyyətə nəzarət edirik və onu zəiflədilməyə doğru aparırıq. Münaqişə ərzində biz (Rusiya) dörd SU-25 təyyarəsini və iki yüksək vəzifəli zabiti itirmişik"- o bildirib.

Onun sözlərinə görə, münaqişədə Rusiya tərəfi müharibələrin aparılması üzrə beynəlxalq qanunlara hörmətlə yanaşır.

Avqustun 8-nə keçən gecə tanınmamış Cənubi Osetiya respublikasında irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Səhər gürcü ordusunun Tsxinvaliyə daxil olması barədə məlumat yayılıb. Rəsmi Tbilisi bu hadisələri "Konstitusiya rejiminin bərpası"adlandırır. Tanınmamış Cənubi Osetiya Rusiyadan hərbi kömək istəyir. Dünən səhər Gürcüstanın ehtiyatda olan hərbçilərinin səfərbərliyi elan edilib.

Rusiya kütləvi informasiya vasitələrinin məlumatlarına görə, Rusiya sülhməramlıları arasında həlak olan və yaralananlar var. Gürcü tərəfi iyirmi hərbçinin həlak olması barədə xəbər verir. Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Cənubi Osetiyada minlərlə dinc əhali həlak olub.

Azərbaycanlıların sıx yaşadığı gürcü şəhərləri Marneuli və Bolnisi Rusiya HHQ-nin aviasiyasının güclü atəşinə məruz qalıb. Marneulidə aerodromun atəşə tutulması nəticəsində, ən azı dörd nəfər həlak olub.

Xəbər lenti

Xəbər lenti