...

Azəbaycanın paytaxtında neft quyusunda partlayış baş verib

Siyasət Materials 12 Avqust 2008 19:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 avqust / Trend , müxbir S.Kazımlı/ Azəbaycanın paytaxtında neft quyusunda partlayış baş verib. Dövlət Neft Şirkəti Obyektlərin Mühafizəsinin Yangından Təhlükəsizlik İdarəsindən çərşənbə axşamı Trend -a verilən məlumata görə, avqustun 11-də saat 17 radələrində Sabunçu rayonunun ərazisində yerləşən Balaxanı Neft Qaz Çıxarma İdarəsinin 7 saylı sexinin 3451 saylı neft quyusunda peretarasiya (dəlmə) işi aparılarkən delonator (partlayıcı qurgu) partlayıb. Hadisə zamanı Bakı sakinləri, Mədən Geofizika İdarəsi ekspediyasının dəstə rəisi Aydın Babayev və mühəndis İqbal Bağırov yanıq və qəlpə xəsarətləri ilə 5 saylı Şəhər Kliniki xəstəxanasına yerləşdiriliblər. Hadisənin ehtiyatsızlıqdan baş verməsi ehtimal olunur.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsində araşdırma aparılır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti