...

"Hazırda regionun bütün xalqları sionist rejiminin əleyhinədir" – İran prezidenti

Siyasət Materials 14 Avqust 2008 15:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 avqust / Trend / İran prezidenti Mahmud Əhmədinejad İsrail hökumətinin sonunun gəldiyini bəyan edib.

"Hazırda sionist rejimi öz daxilindən parçalanmaqdadır, region ölkələri isə bu rejimin əleyhinədir", - deyə İran prezidenti Əhmədinejad cümə axşamı CNN Türk və NTV kanallarına müsahibəsində bildirib.

O bildirib ki, İsrail öz mövcudluq fəlsəfəsini itirib, İsrail işğal etdiyi zaman yaşayır, lakin bu gün yaşamaq üçün öz ətrafına hasar çəkir, bu isə məhv olmaq deməkdir.

Əhmədinejad Türkiyə və İran arasında əlaqələrin tarixinin çox qədimə söykəndiyini və iki ölkə xalqları arasında əqidə yaxınlığı olduğunu bildirib. Onun sözlərinə görə, İran və Türkiyə öz millətlərinin mənafeyi naminə çalışır.

İran prezidenti İranın uranın zənginləşdirilməsi proqramına dair bildirib ki, İranın uranın zənginləşdirilməsi üzrə proqramının qanuni və hüquqi cəhətdən heç bir problemi yoxdur. "Bu proqram siyasi bir məsələdir", - o deyib.

"İran xalqının qanuni haqqını tapdalayanlar özləri yaxın keçmişdə uranın zənginləşdirilməsindən çox məkirli məqsədlər üçün istifadə ediblər, əgər buna görə məhkum olunmalı biriləri varsa, elə onların özləridir", - deyə İran prezidenti əlavə edib.

Əhmədinejad Türkiyənin İranla Qərb arasında vasitəçilik rolu haqqında bildirib ki, "dost Türkiyənin yaranmış böhranı azaltmaq məqsədilə vasitəçilik niyyətini dəyərləndiririk, lakin hazırki məqamda İranın uranın zənginləşdirilməsi proqramında Türkiyənin vasitəçiliyi vacib deyil, müzakirələr aydın şəkildə davam edir".

İran prezidenti avqustun 14-də Türkiyənin İstanbul şəhərinə səfər edib.

Xəbər lenti

Xəbər lenti