...

Azərbaycan paytaxtında narkotik vasitələrin satışı ilə təqsirləndirilərək barəsində axtarışda elan olunan qadın tutulub

Siyasət Materials 16 Avqust 2008 15:48 (UTC +04:00)

Azərbaycan, Bak?, 16 avqust / Trend , müxbir S.Kaz?ml?/ Azərbaycan paytaxtında narkotik vasitələrin satışında təqsirləndirilərək barəsində axtarış elan olunan 58 yaşlı qadın ölkədən çıxmaq istəyərkən tutulub.

Yasamal rayon Polis İdarəsinin (RPİ) 26-ci polis bölməsindən şənbə günü Trend -a verilən məlumata görə, avqustun 14-də Azərbaycan Cinayət Məcəlləsinin satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma (234.4-cü) maddəsi ilə barəsində axtarış elan olunan, Bakı sakini Leyla Əhmədova Heydər Əliyev adına Beynəlxalq Hava Limanında xaricə gedərkən yaxalanıb.

Polis bölməsindən bildirdilər ki, Əhmədova istintaqa təhvil verilib. Əhmədovanın işi ilə bağlı əlavə məlumatlar əldə etmək üçün işi araşdıran müstəntiqlə əlaqə saxlamaq istəsək də, cəhdimiz baş tutmadı.

Azərbaycan Cinayət Məcəlləsinə görə, qeyd olunan maddə ilə təqsirləndirilən şəxsin təqsiri istintaqda və məhkəmədə sübuta yetirilərsə, əmlakı müsadirə olunmaqla ona beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası verilir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti