Gürcüstan, Tbilisi, 22 avqust / Trend , müxbir N.Kirtsxaliya/ Cümə günü daha bir Amerika konqresmeni Xovard Bernar Gürcüstana səfər edəcək. Bu barədə Dövlət Dəftərxanasından məlumat verilib.
Bernar ABŞ Beynəlxalq Komitəsinin üzvüdür və Gürcüstana şəxsi təşəbbüsü ilə gəlir. Konqresmen Gürcüstanın hakimiyyət nümayəndələri ilə görüşəcək.
Sabah senator Riçard Luqaranın da Tbilisiyə səfəri gözlənilir.
Məqalə müəllifi ilə əlaqə ünvanı trend