...

Rusiya Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımaqla, beynəlxalq hüquq prinsiplərini pozub - Gürcüstan XİN

Siyasət Materials 28 Avqust 2008 18:49 (UTC +04:00)
Rusiya Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımaqla, beynəlxalq hüquq prinsiplərini pozub - Gürcüstan XİN

Gürcüstan, Tbilisi, 28 avqust/ Trend , müxbir N.Kirtsxaliya/Rusiya Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımaq qərarı ilə beynəlxalq hüquq, suveren dövlətin daxili işlərinə qarışmamaq və BMT Nizamnaməsinin və 1975-ci il Helsinki Aktının müəyyən etdiyi insan hüquqları prinsiplərini pozub, - cümə axşamı Gürcüstan xarici işlər nazirliyinin verdiyi bəyanatda deyilir.

"Sovet İttifaqı dağıldıqdan və Gürcüstan müstəqillik əldə etdikdən sonra Rusiya Federasiyası Gürcüsatnın dağılması və onun suverenliyinə təcavüz siyasəti yürüdür. Bu məqsədə nail olmaq üçün Moskva etnik təmizləmə həyata keçirilən Gürcüstan ərazisinin bir hisəsini hərbi yolla işğal edib", - sənəddə deyilir.

Rusiya separatçı regionların müstəqilliyini tanımaqla, təkcə beynəlxalq hüququn əsaslarına yox, həm də SSRİ dağıldıqdan sonra yaranmış müasir nizama təhlükə törədir. Bu, güc tətbiq etməklə suveren dövlətin sərhədlərini birtərəfli qaydada dəyişməyə və təsir vasitələrini və ayırıcı maneələri yenidən qurmaq və sovet dövrü üçün xarakter olan üsullardan istifadə etməklə, totalitar rejimi bərpa etməyə edilən cəhddir ki, onda da demokratik inkişaf dayandırılacaq.  

Gürcüstanın ərazi bütövlüyünü dünya ictimaiyyəti, o cümlədən Rusiya tanıyıb. Gürcüstanın suverenliyi və ərazi bütövlüyü əksər beynəlxalq forumların müvafiq sənədlərində də öz əksini tapıb. Yuxarıda göstərilənlərdən çıxış edərək, beynəlxalq hüquqda Moskvanın hərəkətlərinə bəraət qazandıracaq hər hansı bir normanı tapmaq qeyri-mümkündür.

Kremlin atdığı addımlar təkcə Gürcüstan dövlətçiliyinə yox, həm də dünyanın mövcud durumuna təhlükə törədir. Bu,  özlüyündə faktiki "soyuq müharibə"dövrünə qayıtmaq məqsədi daşıyır. Daha çox təəssüf doğuran fakt odur ki, BMT-nin daimi üzvü məqsədyönlü şəkildə dünyanın fundamental prinsiplərini pozur ki, bu prinsiplərsiz də dünyanın və beynəlxalq menasibətlərdə balans qeyri-mümkündür.  

Xəbər lenti

Xəbər lenti