...

Qərb Azərbaycanı Dağlıq Qarabağ probelmini güc yolu ilə həll etməyə sövq edə bilər – rusiyalı politoloq

Siyasət Materials 29 Avqust 2008 19:06 (UTC +04:00)

Rusiya, Moskva, 29 avqust / Trend , müxbir R.Ağayev/ Qloballaşma Problemləri İnstitutunun direktoru Mixail Delyagin hesab edir ki, Qərb Azərbaycan rəhbərliyini Dağlıq Qarabağ problemini güc yolu ilə həll etməyə vadar edə bilər.

Onun sözlərinə görə, hazırkı mərhələdə Ermənistan-Azərbaycan münaqişəsi zonasında qüvvələr nisbəti çox dəyişib. "Azərbaycanın Qərb tərəfindən müharibəyə təhrik edilməsinin mənası, müharibədə uğurun əldə edilməsi deyil, məhz ermənilərə ənənəvi rəğbət bəsləyən Rusiyanın Ermənistana acıyaraq, Azərbaycanla münasibətlərini pozması və beləliklə də ,Gürcüstanda olduğu kimi, Azərbaycan üzərində də təsirini tam itirməsi deməkdir", - deyə cümə axşamı Moskvada politoloqların iştirakı ilə keçirilən "Rusiya-Gürcüstan-ABŞ: ehtiyatlar uğrunda müharibə?" mövzusuna həsr olunmuş brifinqdə Delyagin bildirib.

Onun sözlərinə görə, Rusiyanın Gürcüstanla müharibəsinin əsas səbəbi enerji amili olub və bu amil indi də qalmaqdadır. Delyagin güman edir ki, Mixail Saakaşvilinin yüksək siyasi səviyyədə qeyd-şərtsiz əldə etdiyi siyasi və informasiya dəstəyi üzrə zəmanəti olub Lakin, politoloqun rəyinə görə, bəziləri səlahiyyətlərini aşaraq, ona hərbi dəstək və Rusiyanın bu prosesə qarşımayacağına dair zəmanət də veriblər.

Delyagin qeyd edib ki, Gürcüstanın dünyada bu cür qeyd-şərtsiz dəstəklənməsinə səbəb rusofobiya deyil, qazın, Rusiyadan yan keçərək, Orta Asiyadan Avropaya getməsi üçün dəqiq strateji məqsəd və konkret maraqdır. Xüsusilə, bu "Nabukko" qaz kəmərinin tikintisi hesabına, həmçinin, Rusiyadan yan keçməklə, Azərbaycan və Gürcüstan ərazilərindən keçəcək TransXəzər boru kəmərləri vasitəsilə həyata keçirilə bilər. "Qərb Rusiya Federasiyanın bu iki ölkəyə təsirinin minimuma endirilməsi, Rusiyanın hətta nəzəri cəhətdən belə, bu ölkər üzərində heç vaxt təsirinin ola bilməməsi məsələsini qarşısına məqsəd qoyacaq", - deyə o bildirib.

Politoloq hesab edir ki, Azərbaycan rəhbərliyinin Rusiya -Gürcüstan münaqişəsində tutduğu ağıllı mövqe Azərbaycanın əhəmiyyətini, sözsüz ki, artırdı. Delyaginin rəyinə görə, bir sıra daxili səbəblərə görə, tanınmamış respublikaların sakinlərinə Rusiya pasportlarının verilməsi bir daha təkrarlanmayacaq. Həmçinin, Rusiyanın Dağlıq Qarabağ ərazisində yaşayan və osetinlər kimi ayrılan xalqı yoxdur və bundan ehtiyatlanmağa dəyməz. O qeyd edib ki, Azərbaycanla Rusiyanı çoxlu tellər və əlaqələr bağlayır.

"Azərbaycan rəhbərliyi qarşılıqlı münasibətlərimizin ən çətin vaxtlarda həmişə düşünülmüş və ağıllı mövqe tutub, indi yaralar əvvəlkindən az qanayır. Azərbaycan bir müddət sonra inkişaf etmiş ölkələr tərəfindən ona münasibətdə həyata keçiriləcək təxribata uymasa, hər şey yaxşı olacaq", - deyə o bildirib və əlavə edib ki, Rusiya Ermənistan-Azərbaycan münaqişəsində fəal mövqe tuta bilməz, çünki o, hər iki ölkə ilə olduqca sıx əlaqələrə malikdir.

Delyaginin rəyinə görə, Rusiya Gürcüstana qarşı düzgün hərəkət etsəydi, gərək təkcə "soyqrım" günahkarlarını tutmaq və onları Beynəlxalq məhkəməyə verməklə kifayətlənməyəydi, Gürcüstanın hərəkətini həm də beynəlxalq terrorçuluğun təzahürü kimi qiymətləndirərək, beynəlxalq terrorçuluğu maliyyələşdirən alət kimi Bakı-Tbilisi-Ceyhan boru kəmərini qismən məhv etməyə səy göstərərdi.

Onun sözlərinə görə, hazırda Qərbdə Rusiyanın beynəlxalq aləmdən hansı formada təcrid edilməsi məsələsi fəal şəkildə müzakirə olunur, lakin Qərb Rusiyanı istədiyi kimi cəzalandıra bilməyəcək. "İstənilən halda, Rusiya "Cənub axını" layihəsini unutmalıdır, "Şimal axını" layihəsi isə, ən yaxşı halda bir neçə il dondurulacaq. Bu, prinsip etibarı ilə pis deyil;malik olduğumuz qaz hasilatı dinamikası dövründə biz şəxsi tələbatlarımızın ödənilməsini düşünməliyik", - deyə o bildirib.

Ekspert qeyd edib ki, Qərb düşüncələrinin səmərəsizliyi ondan ibarətdir ki, bütün bunlar nəticədə Avropanın özünün təcridinə gətirib çıxaracaq. Avropa isə, bunda maraqlı deyil. "Bundan əlavə, neftin rekord qiymətlərini gözləməyə dəyməz, çünki "qara qızıl"ın qiyməti tədricən qalxacaq və yalnız payızda bir bareli maksimum 125 dollar ola bilər. Rusiyada neft hasilatı cari ilin iyul ayının nəticələri üzrə, ayda 1,5 faiz düşür, qaz hasilatı da bir o qədər artır, lakin daxili ehtiyatlar hesabına", - deyə Delyagin bildirib.

Politoloqun rəyinə görə, dünya, həqiqətən, qütblərə bölünəcək, lakin ABŞ -Rusiya sxemində deyil, ABŞ -Çin münasibətlərində və bununla belə, ABŞ bu vəziyyətdə keçmiş SSRİ-nin rolunu yerinə yeritməyə başlayır. "Çin tədricən təkcə ŞƏT-də deyil, Orta Asiyada da liderliyi ələ alır, Rusiya isə, belə bir bölgüdə maksimum olaraq qüvvələr balansına güvənə bilər;müəyyən vaxtdan sonra Rusiyanın hətta nüvə potensialı da nəzərə alınmayacaq", - deyə Qloballaşma Problemləri İnstitutunun direktoru Mixail Delyagin yekunlaşdırıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti