...

Özbəkistan və Türkmənistan türkdilli dövlətlərin Parlament Assambleyasının yaradılmasına dair mövqeyini bildirmir

Siyasət Materials 1 Sentyabr 2008 12:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 sentyabr / Trend , müxbir S.Kazımlı/ Azərbaycan parlamentinin deputatı hesab edir ki, türkdilli dövlətlərin Parlament Assambleyasının yaradılmasına bəzi xarici dövlətlər qısqanclıqla yanaşırlar.

"Qara dəniz, Aralıq dəniz, Baltikyanı ölkələrin Parlament Assambleyalarının yaradıldığı kimi, türkdilli dövlətlərin Parlament Assambleyasının təsis olunması da vacibdir", bazar ertəsi Trend -a Milli Məclisin üzvü Məlahət Həsənova deyib.

Türkdilli ölkələrin Parlament Assambleyasında Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın təmsil olunması nəzərdə tutulub.

Həsənova deyib ki, Özbəkistan və Türkmənistan Parlament Assambleyasında təmsil olunmaları ilə bağlı konkret mövqe bildirməyiblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti