...

Kanada NATO -ya üzvlük məsələsində Gürcüstana dəstək vəd edir

Siyasət Materials 1 Sentyabr 2008 19:56 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 01 sentyabr/ Trend , müxbir N.Kirtsxaliya/Kanada Gürcüstanın NATO - ya daxil olması məsələsində Tbilisini fəal dəstəkləyəcək,- Gürcüstan parlamentinin spikeri David Bakradze Kanadanın xarici işlər naziri Yelena Giurgis ilə görüşdən sonra jurnalistlərlə söhbətdə bildirib. Onun sözlərinə görə, görüş zamanı Gürcüstandakı vəziyyət, Moskvanın təcavüzkar hərəkətləri və ölkənin NATO - ya daxil olması məsələsi müzakirə edilib.

Bakradzenin qeyd etdiyinə görə, Kremlin hərəkətlərini dayandırmaq üçün beynəlxalq ictimaiyyətin istifadə edə biləcəyi iqtisadi sanksiyalar da müzakirə edilib.

Avqustun 8-nə keçən gecə tanınmamış Cənubi Osetiya respublikasında irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Gürcü qoşunları Tsxinvaliyə daxil olub. Sonradan rus qoşunları Tsxinvalini tutub və gürcü hərbçilərini Gürcüstan ərazisinə sıxışdırıblar.

Avqustun 12 - də RF prezidenti Dmitri Medvedyev bildirib ki, Gürcüstanı sülhə məcburetmə əməliyyatının dayandırılması barədə qərar qəbul edib.

Gürcüstan ərazisində Rusiyanın sülhməramlı qüvvələrini və beynəlxalq müşahidəçiləri saxlamaq qərara alınıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti