...

Xəzəryanı ölkələrin dövlət başçılarının sammiti hazırlanır

Siyasət Materials 4 Sentyabr 2008 16:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 sentyabr/ Trend , T.Cəfərov / Oktyabrın sonu və ya noyabrın əvvəli Bakıda Xəzəryanı dövlətlərin sammiti keçiriləcək. Bu barədə cumə axşamı Trend - a İran xarici işlər nazirinin müavvini Mehdi Səfəri bildirib.

"Hələlik Xəzər dənizinin statusu ilə bağlı konvensianın 70 faizi beş Xəzəryanı ölkə - Rusiya, Qazaxıstan, Türkmənistan, İran və Azərbaycan tərəfindən müzakirə olunub. Hazırda sərhədlərin müəyyənləşdirilməsi, dənizin səthinin mülkiyyəti və digər məsələlər üzrə müzakirələr davam edir", - deyə Səfəri Bakıda bildirib.

Onun sözlərinə görə, tərəflərin mövqeyi onların müsbət nəticə əldə etmək səylərini nümayiş etdirir.

İran nümayəndəsi bildirib ki, bütün problemlərin qısa müddətdə həlli imkansızdır.

"Çalışırıq ki, Xəzəryanı dövlətlərin başçılarının oktyabrın sonu və ya noyabrın əvvəlində Bakıda keçiriləcək iclasında təhlükəsizlik konvensiyası təsdiq olunsun", - deyə o qeyd edib.

Xəzəryanı ölkələrin ekspertləri cümə axşamı xarici işlər nazirlərinin müavinləri səviyyəsində Bakıda görüşürlər. Bu görüşün əsas mövzusu Xəzər dənizinin statusunun müəyənləşdirilməsi üzrə danışıqların davam etdirilməsindən ibarətdir. "Biz konvensiya layihəsinin əsas məsələlərini, həmçinin bu mövzu ilə bağlı müəyyən edilmiş bir neçə digər məsələni Qazaxıstan, Rusiya, Türkmənistan, Azərbaycan və İran xarici işlər nazirləri müavinlərinin görüşündə müzakirə edəcəyik", - deyə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov cümə axşamı jurnalistlərə açıqlamasında bildirib.

Xəzərin statusu ilə bağlı sonuncu sammit keçən il Tehranda keçirilib.

Xəbər lenti

Xəbər lenti