...

İran ABŞ tərəfindən bu ölkənin Gəmiçilik Şirkətinə qarşı irəli sürülən ittihamları rədd edib

Siyasət Materials 11 Sentyabr 2008 19:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 Sentyabr/ Trend Ne , müxbir T.Cəfərov/ İran İslam Respublikasının Gəmiçilik Şirkəti ABŞ tərəfindən ona qarşı tətbiq edilən yeni sanksiyalara sərt reaksiya verərək irəli sürələn ittihamları rədd edib.

İran İslam Respublikasının Gəmiçilik Şirkətinin mətbuat xidməti ABŞ dövlətinin bu idarəyə qarşı tətbiq etdiyi sanksiyalara sərt münasibətini əks etdirən məktubla Trend -a müracitə edib. Məktubda qeyd olunub ki, bu şirkət artıq neçə illərdir beynəlxalq şirkət kimi fəaliyyət göstərir. Şirkətin hazırda bir neçə iri səhmdarları var və şirkət fəaliyyətini beynəlxalq hüquq və normalara uyğun həyata keçirir.

ABŞ Maliyyə Nazirliyi sentyabrın 10-da İranın Gəmiçilik Şirkətini bu ölkənin raket sənayesi və nüvə proqramı ilə bağlı malların qaçaqmalçılıq yolu ilə realizəsində ittiham edərək, onun Amerikadakı əmlakının müsadirə edilməsi barədə qərur çıxarıb. Bundan başqa, şirkətlə hər hansı bir ABŞ şirkətinin əlaqə qurması da qadağan edilib. ABŞ senatı şirkəti həmçinin sənədlərin saxtalaşdırılmasında da ittiham edib.

İranın Gəmiçilik Şirkəti isə ABŞ tərəfindən iddia olunan ittihamları ağ yalan və böhtan adlandırıb. "İran Gəmiçilik Şirkəti tərəfindən verilmiş sənədlər heç vaxt saxta sənəd ola bilməz. Həmin sənədlər gəmilərin hərəkət etdiyi bütün limanlarda yüksək vəzifəli şəxslər və səlahiyyət sahibləri tərəfindən təsdiqlənir. Bizim şirkət etibarlı və yüksək nüfuza malik bir şirkətdir", - məktubda qeyd olunur.

İran Gəmiçilik Şirkəti daha sonra bildirib ki, Amerikanın onlara qarşı irləi sürülən bu ittihamları digər müstəqil ölkələrə qarşı irəli sürülən iddialara oxşayır. Amerika əslində bu ittihamlarını heç bir əsaslı dəlillə sübut edə bilmir.

Məktubda daha sonra bildirilir ki, şirkəti artıq uzun illərdir ABŞ şirkətləri və bankları ilə bütün əlaqələrini kəsib, bu səbəbdən də ABŞ-ın "sanksiyaları" şirkətin fəaliyyətinə heç bir təsir edə bilməz.

Xəbər lenti

Xəbər lenti