...

Gürcüstan Avropa iqtisadiyyatına sıx inteqrasiya edəcək – Baş nazir

Siyasət Materials 11 Sentyabr 2008 20:52 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 11 sentyabr/ Trend , müxbir N.Kirtsxaliya/ "Müxtəlif dost ölkələrdən Gürcüstana gələn humanitar yardımların sayı günü-gündən artır", - deyə hökumətin iclasında Gürcüstanın Baş naziri Vladimir Qurqenidze bildirib.

"ABŞ hökumətinin bizə vəd etdiyi ilk bir neçə tranş artıq ayrılıb. Məsələn, Millenium proqramı üzrə 100 mln. dolların əlavə olunmasına dair sifariş artıq edilib", - o deyib.

Baş nazir bildirib ki, analoji məsələlər üzrə danışıqlar avropalı həmkarlar ilə də aparılır. Qurqenidze qeyd edib ki, dünən Brüsseldə donorlar konfransının çağırılması barədə söhbət gedib. Bundan əlavə, "Avropa ilə azad ticarətə dair müqavilə üzrə müzakirələr başlanıb".

"Bu məsələ üçün müəyyən vaxt lazımdır, lakin onun yekunu üzrə Gürcüstan Avropanın iqtisadiyyat məkanına sıx inteqrasiya etməyə başlayacaq", - deyə Qurqenidze bildirib.

Onun sözlərinə görə, ABŞ ilə müzakirələr başlayıb. Azad ticarət barədə məsələni nəzərdən keçirmək üçün ABŞ nümayəndə heyəti oktyabrın 1-də Gürcüstana səfər edəcək.

Xəbər lenti

Xəbər lenti