...

Bu gün Tbilisidə "NATO-Gürcüstan" komissiyasının yaradılmasına dair saziş rəsmiləşdiriləcək

Siyasət Materials 15 Sentyabr 2008 13:03 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 15 sentyabr / Trend , müxbir N.Kirtsxaliya/ NATO-nun nümayəndə heyəti bazar ertəsi Tbilisiyə səfərə gəlir. NATO Baş qərargahı yanında 27 ölkə səfirindən ibarət nümayəndə heyətinə Şimali Atlantika Alyansının Baş katibi Yap de Hopp Sxefer rəhbərlik edir.

Bazar ertəsi axşam NATO Şurasının Tbilisidə keçiriləcək iclası çərçivəsində "NATO-Gürcüstan" komissiyasının yaradılmasına dair saziş imzalanacaq. Bu barədə qərar Rusiya və Gürcüstan arasında baş verən hərbi münaqişədən sonra qəbul olunub. Komissiya Tbilisinin Avroatlantik cəmiyyətə inteqrasiya prosesinə nəzarət məqsədilə yaradılır.

Sazişi NATO-nun Baş katibi Sxeffer və Gürcüstanın baş naziri Vladimir Qurqenidze imzalayacaq.

Alyans Şurasının iclasda Gürcüstanın NATO-ya üzvlük üzrə fəaliyyət planına (ÜFP) qoşulma perspektivlərini qiymətləndirəcəyi gözlənilir.

NATO-nun cari ilin aprel ayında keçirilən iclasında Ukrayna kimi, Gürcüstana da ÜFP ilə bağlı rədd cavabı verilib, lakin Alyans 2008-ci ilin dekabrında bu məsələyə yenidən baxılacağını vəd edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti