...

Azərbaycan prezidenti Əfqanıstandakı sülhməramlıların sayını artırmağı təklif edib

Siyasət Materials 16 Sentyabr 2008 19:04 (UTC +04:00)
Azərbaycan  prezidenti  Əfqanıstandakı  sülhməramlıların sayını  artırmağı  təklif  edib

Azərbaycan, Bakı, 16 sentyabr/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycan prezidenti İlham Əliyev ölkə parlamentinə Əfqanıstandakı sülhməramlı əməliyyatlarda azərbaycanlı hərbi qulluqçuların sayının artırılması haqqında qanun layihəsi təqdim edib, -Azərbaycanın Milli Məclisinin (MM) vitse-spikeri Ziyafət Əsgərov çərşənbə axşamı jurnalistlərə bildirib.

Qanun layihəsinə əsasən, Əfqanıstandakı azərbaycanlı sülhməramlıların sayı bir taqım artırılacaq.

Azərbaycan prezidentinin təklif etdiyi qanun layihəsi Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri komissiyasının iclasında müzakirə ediləcək,- Əsgərov bildirib.

1997- ci ildə Azərbaycan Milli Ordusunun tərkibində sülhməramlı dəstə, sonra sülhməramlı tabor yaradılıb. İraqdakı Çoxmillətli Qüvvələrin tərkibində Azərbaycan Silahlı Qüvvələrinin 150 əsgəri var və onlardan 34 - ü Kosovoda olub. Azərbaycan hərbçiləri diyarın 18 kəndində nəzarət həyata keçiriblər. Kosovoda təxminən 400 azərbaycanlı əsgər qulluq edib. Azərbaycanın Kosovodakı sülhməramlı dəstəsi Türkiyə Silahlı Qüvvələrinin tərkibində fəaliyyət göstərib.

Əfqanıstandakı Beynəlxalq Qüvvələrin strukturunda 45 azərbaycanlı sülhməramlı xidmət edir. Bu əsgərlər Kabil şəhərində post-patrul xidməti həyata keçirirlər.

Xəbər lenti

Xəbər lenti