...

İranın xarici işlər naziri Tbilisidədir

Siyasət Materials 17 Sentyabr 2008 20:05 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 17 sentyabr/ Trend , müxbir N.Kirtsxaliya/ İran İslam Respublikasının xarici işlər naziri Mənuçöhr Möttəki işgüzar səfərlə Tbilisidədir. Gürcüstan XİN - dən verilən xəbərə görə, xarici işlər naziri prezident Mixail Saakaşvili ilə görüşüb.

O, hazırda Gürcüstan xarici işlər naziri Yekaterina Eka Tkeşelaşvili ilə görüşür. İranın xarici işlər naziri Tbilisiyə səfər edənədək, Rusiya, Azərbaycan və Almaniyada olub. Dünən Tehrana qayıdan Möttəki erməni həmkarı Edvard Nalbandyanla görüşüb.

Möttəkinin sözlərinə görə, onun son günlər ərzində göstərdiyi diplomatik səylər Gürcüstanda müharibədən sonra Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasına yönəlib - İran XİN-in veb-səhifəsində yerləşdirilmiş məlumatda bildirilir. "Biz çıxış yolu tapmasaq, hər şey çətinləşəcək. Hərbi yanaşmalar regionda problemlər yaradıb", - Möttəki bildirib və region xaricində olan ölkələri müdaxilə etməməyə çağırıb.

Xəbər lenti

Xəbər lenti