Azərbaycan, Bakı, 18 sentyabr / Trend / Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı neft sənayesinin altı işçisinə səmərəli faəliyyətlərinə görə Azərbaycan Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamdan irəli gələn məsələlərin həlli Nazirlər Kabinetinə həvalə edilib.
Sərəncam imzalandığı gündən qüvvəyə minir.