...

Dünyada ən böyük xarici dəstək alan terror təşkilatı PKK-dır - Türkiyənin dövlət naziri

Siyasət Materials 19 Sentyabr 2008 17:31 (UTC +04:00)

Türkiyənin dövlət naziri və sözçüsü Cəmil Çiçək dünyada ən böyük xarici dəstək alan terror təşkilatının məhz PKK olduğunu bildirib. Bu haqda Türkiyənin "Cihan" agentlyi məlumat verib. Belçikada iftar məclisində çıxış edən Çiçək terror təşkilatları arasında dünyada ən böyük xarici dəstəyin PKK-ya göstərildiyini bildirib. "Dünyada çox sayda terror təşkilatı var. Amma onlar arasında ən böyük xarici dəstəyi Türkiyəni etnik cəhətdən parçalamaq məqsədi güdən PKK terror təşkilatı alır. Türkiyə təkcə bu təşkilata qarşı mübarizə deyil, həm də bu təşkilatın himayəçilərinə qarşı mübarizə aparır", - o vurğulayıb.

Çiçək Türkiyənin terrorizmə qarşı mübarizəsində avropalı müttəfiqləri sırasında Belçikanın önəmli yer tutduğunu bildirib. "Dost və müttəfiqlərimizi terrorizmə qarşı mübarizədə daha səmimi və qətiyyətli əməkdaşlığa çağırırıq. Bizim terrorizmə qarşı apardığımız mübarizə işində müttəfiqlərimiz arasında Belçika ilk sırada yer alır", - deyə Çiçək bildirib.

Xəbər lenti

Xəbər lenti